» » » “Bəqərə” surəsi (101-102)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18485
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6723

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6707

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Ocak 2025    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
“Bəqərə” surəsi (101-102)
0
Müəllif: Huseynci Medine | 6-05-2017, 13:00 | Baxılıb: 2 864

 

“Bəqərə” surəsi  (101-102)

 

101. ﴿وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ كِتَابَ اللّهِ وَرَاء ظُهُورِهِمْ كَأَنَّهُمْ لاَ يَعْلَمُونَ

Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismiAllahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.”

Nöqtələr

◘Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.

Bildirişlər

1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.

2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.

 

102. ﴿وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ﴾

“(Yəhudilər) Süleymanın əsrində şeytanların oxuduqlarına tabe olurdular. Süleyman heç vaxt kafir olmadı. Ammaşeytanlar xalqa sehr-cadu öyrətməklə kafir oldular. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olanlara tabeoldular. O iki mələk əvvəlcə “Biz sizin imtahan vasitənizik”, “kafir olmayın” deməmiş kimsəyə bir şey öyrətmədilər. Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. AmmaAllahın iradəsi olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar o hissələri öyrəndilər ki, özləri üçün xeyiriyox, ziyanı oldu. Şübhəsiz, bilirdilər ki, hər kəs belə şeylərin alıcısı olsa, axirətdə bəhrəsi olmayacaq. Doğrudan da, özlərini çox pis bir şeyə satdılar. Əgər bilsəydilər!”

Nöqtələr

◘Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.

Ayə Tövratdan üz döndərmə günahı və azğınlığını, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.

Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.

◘Quran burada maraqlı və düşündürücü bir nöqtəni xatırladır. Buyurulur ki, sehr elminə malik olan sahir Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.

Bildirişlər

1. Haqq hökumətdə və ilahi hakimin rəhbərliyi altında da bütün xalq islah olmur. Bəziləri əyri yola meyl edir.

2. Şeytanlar Süleymanın hakimiyyəti zamanı da bekar oturmurdular. Onlar daim mənfi təlqinlər edirdilər.

3. Hökumət peyğəmbərliyə (nübüvvətə) zidd deyil. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.

4. Sehrkarlar öz işlərini müqəddəs göstərmək, ona don geyindirmək üçün Süleymanı da sehrkar kimi tanıtdırırdılar.

5. Allah başqalarının böhtanları qarşısında peyğəmbərlik məqamını müdafiə edir.

6. Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir. Rəvayətlərdə bildirilmişdir ki, sehrkar kafirdir və onun cəzası qətldir.

7. Zərərli biliklər və azğın əqidələrlə mübarizə üçün salehlər onlardan xəbərdar olmalıdırlar.

8. Öyrənib öyrədərkən elmlərin mənfi cəhətlərini nəzərə çatdırmaq lazımdır.

9. İnsan iki təlim arasında qərar verilmişdir: Şeytani vəsvəsələr və ilahi ilhamlar.

10. Mələklər də insanlara müəllim ola bilərlər.

11. Bəzən elm və bilik sınaq vasitəsi olur.

12. Ərlə arvad arasına təfriqə salmaq şeytanların işidir və küfr həddindədir.

13. Elm və bilik həmişə faydalı olmur. Bəzən insan öz biliyindən zərər çəkir.

14. Sehr və cadu gerçəklikdir və insanın həyatına təsiri var.

15. Sehrkar, müəyyən işlər görür. Amma onun işinin bütün təsirləri Allahın nəzəri altındadır.

Allaha pənah aparmaq, təvəkkül, dua və sədəqə yolu ilə bu qurğulardan xilas olmaq mümkündür.

16. Sehrkarlar dünyada var-dövlətə, şan-şöhrətə çatsalar da, qiyamətdə əlləri boşdur.

17. Təfriqə, sehr-cadu arxasınca gedən insan öz insanlığını əldən verir.

 

 

Kitabın adı: Nur təfsiri (birinci cild)

Müəllif: Möhsin Qəraəti

 
 
Bölmə: Quran / Qurana aid
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 8 Mayıs 2017 23:57 | Redaktor | Şərh yazdı
Kerbela Gunesi,Eleykum esselam baci. Kitabın adı: Nur təfsiri (birinci cild) Müəllif: Möhsin Qəraəti - di  kitabxanadan goturub elave edirem

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Kerbela Gunesi | Status: İstifadəçi Offline | 7 Mayıs 2017 14:29 | İstifadəçi | Şərh yazdı
Salam bacı, bu Təfsirləri özünüz yazırsız kitabdan? Ya hardansa götürürsüz? Mənə lazım idi zəhmət deyilsə deyərdiz...Allah razı olsun.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.