Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (109-110)
109. ﴿وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّاراً حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُواْ وَاصْفَحُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Kitab əhlindən bir çoxu daxillərində olan həsəd səbəbindən sizi iman gətirdikdən sonra küfrə qaytarmaq istəyirlər. Hansı ki, haqq onlara aydındır. Allah Öz fərmanını göndərənədək siz (həsədlərinə görə) onları bağışlayın. Həqiqətən, Allah hər işə qadirdir.”
◘“Əfv” xilaf işin bağışlanmasıdır. “Səfh” nöqsanı görməməzliyə vurmaqdır.
◘Qəlbində sizin kafirliyinizi arzulayan düşmən əməldə heç bir hiylə və qurğudan çəkinməyəcək. Onlar bu istiqamətdə yersiz suallar, vəsvəsələr, şübhələr ortaya qoyacaqlar. Bütün bunlardan xəbərdar olmaq lazımdır.
1. Düşmənlərinizin ruhiyyəsinə və proqramlarına diqqətli olun.
2. Düşmənlə də insaflı rəftar etmək lazımdır. (Ayədə buyurulur ki, kitab əhlinin hamısı yox, çoxu belədir.)
3. Həsəd şöləsi o qədər təhlükəlidir ki, elm və agahlıqdan sonra da sönmür.
4. Siz İslama iman gətirməklə elə bir əzəmət və izzət əldə edirsiniz ki, düşmənlər sizə həsəd aparır və sizi cahiliyyət dövrünün şirk və təfriqəsinə qaytarmaq istəyirlər.
5. Müxaliflərlə dərhal sərt rəftara keçmək olmaz. Bəzən onların kin və həsədindən xəbərdar olmağımıza baxmayaraq, müdara ilə keçinməliyik.
6. Əfv fərmanı müvəqqəti şəkildə o vaxtadək davam etməlidir ki, müsəlmanlar həvəsdən düşüb, düşmənlər cəsarətə gəlməsinlər.
7. Bağışlamaq zəiflik əlaməti deyil. Allah bütün işlərə qadirdir və O, bu gün də sizi düşmənə qalib edə bilər.
110. ﴿وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَمَا تُقَدِّمُواْ لأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّهِ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“Namaz qılın, zəkat ödəyin. Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir xeyiri Allahın yanında tapacaqsınız. Həqiqətən də, Allah sizin əməllərinizi görəndir.”
◘104-cü ayədəki “Ya əyyuhəlləzinə amənu” (“ey iman gətirənlər”) xitabından sonra bu ayə müsəlmanlara üçüncü göstərişi bəyan edən ayədir.
Birinci göstərişdə Allah peyğəmbərlə söhbət ədəbini gözləməyi xatırladır. Bildirilir ki, peyğəmbərlə danışarkən diqqətli olmaq və düşmənlərin, müxaliflərin əlinə məsxərə bəhanəsi verməmək lazımdır.
İkinci göstəriş yeni əmr çıxarılanadək kitab əhlinin kin və həsədinə göz yummaqdır.
Üçüncü göstəriş namaz qılmaq və zəkat ödəməkdir. Müsəlmanlar müxaliflərin kin və həsədinə düçar olduqları və bağışlamaq əmri aldıqları vaxt namaz vasitəsi ilə Allahla rabitələrini, zəkat vasitəsi ilə cəmiyyətdəki məhrumlarla bağlılıqlarını gücləndirməlidirlər.
1. Quranda namaz göstərişi, adətən, zəkat göstərişi ilə yanaşı bəyan olunmuşdur. Yəni Allahın zikri xalqa diqqətlə müşayiət olunmalıdır.
2. İnsanın əməlləri qiyamət səhnəsinə onun özündən qabaq daxil olur.
3. Xeyir işin miqdarı, kəmiyyəti əsas deyil. Hər kəs öz gücü həddində xeyir iş görməlidir.
4. Xeyir işlər qiyamət üçün hifz olunar.
5. İlahi hüzura və qiyamətdəki mükafata iman saleh əməlin ən möhkəm amillərindəndir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |