Bismillahir rəhmanir rəhim
Əlhəmdu lillahilləzi əzhəbəl ləylə muzlimən biqudrətih, və caə bin nəhari mubsirən birəhmətih, və kəsani ziyaəhu və ənə fi ni`mətih, Əllahummə fəkəma əbqəytəni ləhu fəəbqini liəmsalih, və səlli ələn nəbiyyi Muhəmmədin və alih, və la təfcə`ni fihi və fi ğəyrihi minəl ləyali vəl əyyam, birtikabil məharim, vəktisabil məasim, vərzuqni xəyrəhu və xəyrə ma fihi və xəyrə ma bə`dəh, vəsrif ənni şərrəhu və şərrə ma fihi və şərrə ma bə`dəh, Əlla-hummə inni bizimmətil islami ətəvəssəlu iləyk, və bihurmətil Qur`ani ə`təmidu ələyk, və bi Muhəmmədinil Mustəfa səlləl-lahu ələyhi və alih, əstəşfiu lədəyk, fə`rifillahummə zim-mətilləti rəcəvtu biha qəzaə hacəti, ya ərhəmər rahimin. Əllahumməqzi li fil xəmisi xəmsa, la yəttəsiu ləha illa kərəmuk, və la yutiquha illa niəmuk, səlamətən əqva biha əla taətik, və ibadətən əstəhiqqu biha cəzilə məsu-bətik, və səətən fil hali mənər rizqil həlal, və ən tu`minəni fi məvaqifil xəvf, biəmnikə və təc`əlni min təvariqil humumi vəl ğumumi fi hisnik, və səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əl təvəssuli bihi şafiən yəvməl qiyaməti nafia, innəkə əntə ərhəmur rahimin.
Tərcüməsi
Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən Allaha məxsusdur və Onun nemətlərinə qərq olduğum halda, gündüzün nuru məni əhatə etdi. Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma və günahlarıma görə məni cəzalandırma. Bu günün xeyri və onda olanları, sonrakı günlərin xeyrini mənə ruzi et. Bu günün şəri və onda olanları, sonrakı günlərin şərini məndən uzaqlaşdır. Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət axtarıram, Quran ehtiramı ilə Sənə etimad edirəm; Məhəmməd Mustafa səlləllahu ələyhi və alihi və səlləm və onun Əhli-beytinin vasitəsilə Səndən şafaət soraqlayıram. Allahım, istəyimin yerinə yetməsində ümid etdiyim əhdi qəbul et; ey mehribanların mehribanı! Allahım, cümə axşamı mənim beş istəyimi qəbul et ki, yalnız Sənin böyüklüyünlə onlar həyata keçər, yalnız Sənin nemətlərinlə onlara güc çatar: vasitəsilə Sənə itaət gücü qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla, qəmli hadisələrdən öz pənahında qoru. Salam yetir Məhəmməd və onun Əhli-beytinə! O həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaət və faydalı et ki, həqiqətən, Sən mehribanların mehribanısan!
Kitabın adı: Məfatihul Cinan