» Şəri Sual-Cavablar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəri Sual-Cavablar
    +100
    Müəllif: Admin | 6-01-2016, 23:42 | Baxılıb: 54 347


     
     
    Bölmə: ---
    Şərhlər: 44
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 24 Ekim 2016 21:59 | Administrator | Şərh yazdı
    Sual: Salam Aleykum Siqaret çəkməyin hökmü nədir? Bir də ki, elektron siqaret haqqında rəyinizi bilmək istərdim.
    Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tütün məmulatları, gözə çarpacaq şəkildə ziyanlı olarsa istifadəsi haramdır.
    Не нравится +24 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 24 Ekim 2016 21:57 | Administrator | Şərh yazdı
    Sual: Salam. Mən işləyirəm günorta namazı vaxtı heç cür alınmır mağazadayam necə qıla bilərəm .Sübh və Axşam namazımı evdə qılıram .
    Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın müstəhəblərini icra etmədən çox qısa vaxt ərzində qılmağa çalışın.


    Не нравится +4 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 18 Mart 2016 07:56 | Administrator | Şərh yazdı
    Sual :
    Namahrem məsələsində yaş kateqoriyası var ? Misal üçün həddi-buluğ yaşını tamamlamış bir şəxs həddi-buluğ yaşına çatmamış bir şəxslə; əl görüşməyinin, qucaqlaşmaqın, yanaqdan öpüşməyin hökmü nədir ? 

    Cavab:
    Bismillahir-rəhmanır-rəhim 
    Həddi-buluğa yetişiblərsə haramdır.
    Bundan başqa hallarda da şəhvətlə olarsa və ya harama düşməyəcəyinə əmin olmazsa yenə haramdır. Bu əsasla, kişi həddi-buluğa çatmayan qız uşağına- övrət müstəsna olmaqla- toxuna və ya baxa bilər bu şərtlə ki, şəhvət və ləzzət qəsdi olmasın. Amma ehtiyat müstəhəb budur ki, uşağın bədəninin adi paltarlar ilə adətən örtülməyən hissələri qədərində toxunsun - sinə, qarın, bud və arxa kimi yerlərinə isə yox. Həmçinin altı yaşına çatmış qız uşağını ehtiyat müstəhəbə əsasən, öpməsin və qucağına almasın.
    Qadın, həddi-buluğa çatmayan oğlan uşağına- övrət müstəsna olmaqla- toxuna və ya baxa bilər bu şərtlə ki, şəhvət və ləzzət qəsdi olmasın. Qadına özünü ondan örtməsi vacib deyil, bu şərtlə ki, oğlan elə yaş həddində olmasın ki, qadını görməsi ilə onda şəhvət oyanışı mümkün olsun. Yoxsa qadın ehtiyata əsasən, özünü örtməlidir.
    Не нравится +5 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Şubat 2016 08:02 | Administrator | Şərh yazdı
    Sual : Namahremlə zarafatlaşmağın hökmü nədir ? 

    Cavab:Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir. Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər ("Əhzab" surəsi, ayə 32). 
    Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.
    Sonda bir şeyi xatırlatmaq zəruridir:
    Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur. Yəni əgər naməhrəmlə zarafat, ləzzət qəsdi ilə ya günaha düşmək qorxusu olarsa, haramdır. Baxmayaraq ki, o naməhrəm sinif yoldaşı və zarafat da sms vasitəsi ilə yerinə yetirilibdir.


    Не нравится +5 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 6 Şubat 2016 22:02 | Administrator | Şərh yazdı
    Sual : Müstəhəb qüsüllər hansılardı? zəhmət olmasa onların hamısını və hökmlərini yazın Cavab:Müqəddəs İslam şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən; 1. Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində "rəca” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun: أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ. "Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəcəlni minəl-mutətəhhirin”. 2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü; 8 - 9. Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər. 10 - 11. Zil-Həccənin 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. 12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü; 13. Ehram qüslü; 14. Məkkə şəhərinin hərəm sayılan qismətlərinə daxil olmaq qüslü; 15. Məkkəyə daxil olmaq qüslü; 16. Kəbə evinin ziyarəti qüslü; 17. Kəbəyə daxil olmaq qüslü; 18. Nəhr və zibh üçün qüsl; 19. Həlq üçün edilən qüsl; 20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü; 21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü; 22. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) məscidinə daxil olmaq qüslü; 23. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) pak qəbrinin vida qüslü; 24. Düşmənlə mübahilə üçün edilən qüsl; 25. Dünyaya təzə gələn uşağa verilən qüsl; 26. İstixarə üçün edilən qüsl; 27. İstisqa (yağış tələb etmək) üçün edilən qüsl; Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər deyiblər ki, onlardan bəziləri bunlardır: 1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl. 2. Zilhəccənin 24-cü gününün qüslü. 3. Novruz bayramının, şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qədənin 25-ci gününün qüslü. 4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü. 5. Məst halda yatan şəxsin qüslü. 6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir. 7. Yaxından və ya uzaqdan, məsumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəb olması sübuta yetməyib. Bu qüslləri yerinə yetirmək istəyən şəxs gərək rəca qəsdi ilə yerinə yetirsin. Əgər insan yuxarıda qeyd olunan müstəhəb qüsllər kimi şərən müstəhəb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz. Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsüllə kifayətlənmək işkallıdır.
    Не нравится +5 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 6 Şubat 2016 21:41 | Administrator | Şərh yazdı
    Sual  : Hər tərəfi yaş olan əşyanı (məsələn, ayaqqqabını) nəcis yerə qoysaq hər tərəfi nəcis olar, yoxsa yalnız altı? 
    Cavab:Yalnız murdara toxunmuş yeri murdar olar.
    Не нравится +2 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 6 Şubat 2016 21:38 | Administrator | Şərh yazdı
    Sual : Qadin namehrem kiwinin,kiwi namehrem qadinin yaninda namaz qila bilermi? 
    Cavab:Eybi yoxdur.

    Не нравится +5 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 5 Şubat 2016 20:29 | Administrator | Şərh yazdı

    Sual:Hansı hallarda təyəmmüm edilir:


    Cavab:

    I.Dəstəmaz almaq və ya qüsl etmək üçün su əldə etmək mümkün olmasa. Yaxud ümumiyətlə su olmasa və ya su olsa da, dəstəmaz alan və ya qüsl edən şəxs onu əldə edə bilməsə. Məsələn, suyu quyudan çəkmək üçün bir vasitə olmasa.

    II.Suyun istifadəsi insanın səhhəti üçün ziyanlı olsa.

    III.Əgər insan qorxuya düşsə ki, suyu dəstəmaz və qüsl üçün istifadə edərsə, özü və ya ondan asılı olan insanlar susuz qalarlar.

    IV.İnsan mövcud su ilə namaz qılmaq üçün bədən və ya paltarını paklasa.

    V.Sudan və ya suyun qabından istifadə etmək haram olsa; məsələn, su və ya qab qəsbi olsa.

    VI.Namaz vaxtı dar olsa ( namaz vaxtının qurtarmasına çox az qalsa) və insan dəstəmaz alacağı və ya qüsl verəcəyi təqdirdə namazın hamı-sı və ya bir hissəsi namazın vaxtından xaric qılınarsa

    Diqqət:

    • Əgər dəstəmaz almaq və ya qüsl verməyin insana zərəri olsa (yəni, suyun istifadəsinin zərəri olsa), yaxud bunları yerinə yetirmək üçün insan məşəqqətə düşsə, dəstəmaz və ya qüsl əvəzinə təyyəmmüm etmək lazımdır. Belə ki, dəstəmaz alsa və ya qüsl versə, düz deyil (yəni, bahildir).

    • İnsan dəstəmaz və ya qüslün ona zərəri olduğunu (məsələn, xəstələ-nəcəyini) bilsə, təyəmmüm edə bilər və bu təyəmmümlə qılınan namaz düzdür.

    Əgər bu təyəmmümlə namaz qılmazdan öncə dəstəmaz və ya qüslün ona zərəri olmadığını bilsə, onun təyəmmümü bahildir. Lakin əgər bunu namaz qıldıqdan sonra bilsə, qüsl və ya dəstəmaz alıb vacib ehtiyata görə namazını yenidən qılmalıdır.

    • Gəcə yarısı qüsl verməyin çətinliyi qüslü tərk etmək üçün şəri üzr hesab olunmur. Deməli əgər qüsl verməyin zərəri və ya məşəqqəti yoxdursa, hansı şəkildə mümkündürsə qüsl vermək vacibdir. Yalnız zərəri və ya məşəqqəti olduğu təqdirdə namazqılan təyəmmüm etməlidir.

    • Əgər cənabətli şəxsin bədənini və paltarını paklamağa, yaxud paltarını dəyişməyə kifayət qədər vaxtı olmasa, həmçinin hava soyuq olduğu üçün paltarsız namaz qıla bilməsə, bu şəxs cənabət qüslü əvəzinə təyəmmüm edib həmin napak paltarla namazını qılmalıdır. Bu namazın qəzasını qılmaq vacib deyil.

    • Əgər namaz vaxtı dar olsa və namaz qılan şəxs nigaran olsa ki, qüsl verəcəyi və ya dəstəmaz alacağı təqdirdə namazının hamısı və ya bir hissəsi namaz vaxtından xaric olacaqdır, təyəmmüm edib namaz qılmalıdır.

    • Əgər yuxuda ikən insandan bir rütubət xaric olsa və oyanıb paltarını nəm görsə, lakin heç bir şey xatırlamasa, bu halda əgər həmin şəxs, ondan xaric olan ruhubətin məni olduğunu dəqiqləşdirsə, cənabətlidir və qüsl verməlidir. Əgər namaz üçün vaxt azdırsa, bədənini pakla-dıqdan sonra təyəmmüm edib namaz qılmalı və sonrakı namazlar üçün qüsl verməlidir.Amma əgər bu şəxs ondan xaric olan rutubətin məni olduğunu dəqiqləşdirə bilməsə, cənabətli deyildir.

    Təharətin (dəstəmazlı və ya qüsllü olmaq) şərt olmadığı işlər üçün (məsələn, imamzadələri ziyarət etmək) qüsl əvəzinə təyəmmüm etməyin nə dərəcədə düzgün olması şübhəlidir. Lakin əgər qüsl ver-mək məşəqqətlidirsə, müstəhəb qüsllərin əvəzinə savaba yetişmək ümidi ilə təyəmmüm etməyin maneəsi yoxdur.



    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 20 Ocak 2016 17:24 | Administrator | Şərh yazdı
    Sual : şeytanın vəsvəsəsinin qarşısını almaq üçün zikr və xüsusi ilə fikir cəhətdən vasvasılığa düçar olan şəxslərə çıxış yolu nədir? xahiş edirəm bu suala cavab verəsiniz. çünki çox önəmlidir Təşəkkür. 
    Cavab:Bu xüsusiyyət sonradan yaranır. İnşaallah vasvasılığa etinasızlıq etsəniz aradan gedəcək. Belə bir şəxs Allaha təvəkkül və əhli- beytə (ə) təvəssül ilə vasvasılığın qarşısını almalıdır. 
    "La ilahə illəllah" habelə "La həvlə vəla qüvvətə illa billahil-əliyyil-əzim" zikrləri və salavatı çox təkrarlasın. Hər gün Quran oxumağa və həmişə dəstəmazlı olmağa çalışsa, inşaallah aradan gedəcək.

    Не нравится +2 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 20 Ocak 2016 17:14 | Administrator | Şərh yazdı
    Sual : İslam dinində başqa planetdə yaşamağın hömkü necədir? İslam dini buna icazə verirmi? 


    Cavab:Başqa planetlərdə yaşamaq sualı bizim əsrdə ortaya çıxmış bir mövzudur. Ona görə də biz bu sualı iki baxışdan açıqlamaq istəyirik.
    1). Görəsən başqa planetlərdə yaşamaq mümkündürmü?
    Bu sualın cavabı astronomik və təbiətşunas alimlərin və mütəxəssislərin öhdəsindədir.
    2). Belə təsəvvür edək ki, başqa planetlərdə yaşamaq imkanı insan üçün reallaşdı və insanlar yaşamaq üçün o yerlərə üz tutdular. Bu yerdə ikinci bir sual irəli gəlir ki, planetlərə yaşamağa gedən insanların şəri vəzifələri necə olacaqdır. Onlar öz şəri təkliflərini necə yerinə yetirəcəklər?
    Bu sualın cavabı isə alimlərin və fiqh mütəxəssislərinin öhdəsindədir. Onlar gərək ayə və hədislərə istinad edərək bu kimi məsələlərin həllini tapsınlar. (şükürlər olsun ki, bu məsələnin öhdəsindən layiqincə gəlmişdirlər və sualı cavablandırmışlar).
    İlkin cavab: İslam dininin ümumi qayda-qanunlarına istinad edərkən deyə bilərik ki, başqa planetlərdə yaşamağın heç bir maneəsi yoxdur.( Həkim, Seyyid Möhsin, Həqaiqətul- usul, cild 2, səh 223) Amma əsas şərti də budur ki, o yerdə yaşamaq onun həyatı və başqalarının həyatı üçün təhlükə mənbəyi olmasın. Həmçinin, əgər onun orada yaşamasının fərdə və ictimaiyyətə zərəri olarsa şəri baxımdan qəbahətli sayılır.
    Amma əsas sual budur ki, orada insan öz şəri vəzifələrini necə yerinə yetirəcəkdir?
    Bu sualın cavabı üçün hər bir insan öz müctəhidinə müraciət edəcəkdir. (məsələn: Qiblənin hökmü, namazın beş vaxtını və sair).
    Nümunə üçün böyük müctəhidlərdən biri bu barədə verilmiş suala belə cavab vermişdir: (Suala və cavaba diqqət edin).
    Sual: Bu günkü texnoloji inkişaf əsasında insan gün ərzində bir neçə dəfə yer kürəsinin başına fırlana bilər. Belə olan halda onun namazlarının vaxtları necə olacaqdır?.
    Cavab: Hər kəs kosmik gəmi ilə yer kürəsini tərk edib onun ətrafını dövr etmək istərirsə, getməzdən öncə beş günün namazını qılsın və Yer kürəsinin üzərindəki "miqyası"( Qrenvic, Merdian) özünə vətən bilsin.
    Sözümüzün sonunda bunu da qeyd edək ki, İslam dini daim bütün elmi məsələləri şəri baxımdan cavablandırmış və belə nəzərləri geniş surətdə dəyərləndirmişdir. Bundan əlavə Qurani-kərimdə insanın kosmik gəmilərdə ayı və günəşi seyr edəcəyinə işarələr olunmuşdur (Saffat surəsi, ayə 139- 148). Müqəddəs Qurani-kərim hətta balığın qarnındakı yaşayışdan belə xəbər verərək "həzrət Yunisin tövbəsi qəbul olmadığı halda balığın qarnında qiyamətə kimi qalacağını" söyləmişdir. (Şeyx Abbas Qumi, Səfinətul- bəhar kitabı, cild 2, səh 707)
    Balığın qarnında necə yaşamaq isə bu gün heç bir insanın zehninə belə gəlmir.
    Peyğəmbər (s) buyurub: "Əgər elm Sürəyyada (ulduz adıdır) olsa belə insanlar ona yiyələnəcəkdir".

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 17 Ocak 2016 15:01 | Administrator | Şərh yazdı
    Sual :Bildiyiniz kimi son zamanlar ölkəmizdə cinə inanma, cinlə müalicə, cinvurma, cinçıxarma kimi məsələlər çox pis bir şəkildə yayılmaqdadır və hətta bunlar televiziya verlişlərində də açıq-aşkar təbliğ edilir. Bütün bunları nəzərə alaraq sizi bir mötəbər qaynaq bilərək aşağıdakı sualı soruşmaq istərdim. Zəhmət olmasa bu barədə alimlərimizin nəzərini və bu barədə hökmlərini deyəsiniz. Sualımız belədir: İnsan cinlə rabitədə ola bilərmi? Ola bilərsə onu necə izah edə bilərsiz? Zəhmət olmasa bunu şəri və fiqhi hökmünü də bizim üçün aydınlaşdırasınız. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk. 

    Cavab:Qurani-kərim cinin olmasını (mövcudluğunu) təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır:
    1. Cin oddan yaranmış bir varlıqdır. İnsan isə torpaqdan yaranmışdır.(Rəhman, 15)
    2. Elm, idrak, haqqı batildən seçmək və məntiq və arqumentə malikdir. (Cin surəsinin müxtəlif ayələri)
    3. Təklif, vəzifə və məsuliyyətə malikdir. (Cin və Rəhman surələrinin ayələri)
    4. Onların bir dəstəsi mömin və əməli saleh, digər bir dəstəsi isə kafirdirlər.( Cin və Rəhman surələrinin ayələri)
    5. Qiyamət və məadları var. (Həmin, 15)
    6. Göylərə nüfuz edib gizlincə qulaq asmaq qüdrətləri varları idi və sonradan qadağan oldular. ( Həmin, 9)
    7. İnsanların bəzisi ilə əlaqə yaradırlar və gizli bəzi sirlərə məhdud məlumatları ilə insanları aldadırlar. (Həmin 6)
    8. Onların bəzisinin qüdrəti daha çoxdur. Necə ki, insanlarda da belədir. (Nəml surəsi, ayə 39)
    9.İnsanın ehtiyacı olduğu bəzi işləri yerinə yetirməyə gücləri çatır. (Səba surəsi, ayə 12-13)
    10. Yer üzündə onlar insanlardan qabaq yaranıblar. (Hicr surəsi, ayə 27)
    11. Həzrəti Süleymanın əhvalatında, cinlərdən olan ifrit, Bilqeysin təxtini yerindən qalxmamış Süleymanın yanına gətirəcəyini iddia edən zaman, ( Nəml surəsi, ayə 30-40) həzrət Süleyman onu inkar etmir, baxmayaraq ki, Quranda da o cinin təxti gətirməsi gəlməyibdir. (Cavadi Amuli, Abdulla, təfsiri- mövzui, cild 1, səh 119)
    Bu ayələrin hamısından cinin xəyali varlıq olmaması başa düşülür. Deməli, cin həqiqi maddi bir varlıqdır ki, onunla əlaqə yaratmaq mümkündür. Bir dəstə də onunla əlaqə yaradıblar. Baxmayaraq ki, qədim zamanlardan insanla cin arasında müxtəlif formada əlaqələr təsəvvür olubdur. Amma biz yalnız mötəbər rəvayətlərdə gəlmiş formaları qəbul edə bilərik.
    Burada Quran, rəvayət və alimlərin dilində açıqlanmış bu əlaqələrin bəzi formalarına işarə edirik:

    a). Cinə pənah aparmaq. Quranda deyilir: "Həqiqətən (cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparırdılar, bununla onların çətinliklərini artırırdılar." (Cin surəsi, ayə 6)
    Ərəblərin adəti belə idi ki, qorxulu biyabana çatan zaman, o məntəqənin cininə pənah aparırdılar. İslam bu işi qadağan edib və insan və cini yaradana pənah aparmağı əmr etmişdir.( Biharul-ənvar, cild 92, səh 148)
    b). Cini özünə tabe etdirmə. (təsxir). Cinləri özünə tabe etmək və onları öz xidmətinə almaq mümkün olsa da, amma fəqihlər arasında belə bir işin doğru olub, olmamasında fikir ayrılığı vardır. Lakin yekdil qəbul etdikləri rəyləri budur ki, bu iş şəri cəhətdən haram olan yolla baş verməməli və ya onların əziyyətinə səbəb olmamalıdır. Həmçinin onları işlətmək, haram və qeyri-şəri işlər üçün olmamalıdır. Çünki qeyri-şəri iş görmək, istər vasitə ilə istərsədə vasitəsiz, haramdır. (Minhacus-salehin, Xoyi, Əbulqasim, cild 2, səh 8)

    Məsələnin fiqhi hökmü

    Ayətullah əl-üzma Xameneidən, cinləri və ruhları təsxir etmə (tabe etmə, ələ alma) yolu ilə yalnız xeyir işlər görməsinə əmin olduğumuz şəxslərə müalicə üçüm müraciət etməyin hökmü barəsində soruşuldu, buyurdu: "Bu işin öz- özlüyündə iradı yoxdur, bu şərtlə ki, şərən halal olan yollardan yerinə yetirilsin". (Tozihul- məsail (Əl-məhşi lil- imamil- Xomeyni), cild 2, səh 980)

    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 17 Ocak 2016 14:28 | Administrator | Şərh yazdı
    Sual : Xahiş edirik novruz barədə müqəddəs şəriətin nəzərini açıqlayasız? Onu bayram ünvanında qəbul etmək olarmı? 

    Cavab:İslami olan əsas şəri və məzhəbi bayramlar "Fitr", "Qurban", "Qədir" bayramları, həzrət Rəsul- əkrəmin (s) və məsum imamların (ə) dünyaya gəldikləri günlərdir. 
    Novruz bayramında da əgər möminlər, mömin qardaşlar ilə görüşmək, xəstələrə baş çəkmək, fəqirlərin halından xəbərdar olmaq və onlara kömək etmək kimi proqramları yerinə yetirsələr və eyni zamanda insanları xoşa gəlməyən yollara sövq etdirən işlər etməsələr, belə bir bayramın keçirilməsi münasibdir. 
    Hədisdə vardır "كل يوم لايعصي الله فيه فهو يوم عيد" (Allaha qarşı üsyan olunmayan hər bir gün bayramdır). 
    Novruz, yəni yeni gün, bahar fəslinin birinci günü.

    Bahar fəsli bir həqiqətdir və yaradılmışdır, Cəmşid ilə də heç bir əlaqəsi yoxdur. Təkcə Allah bilir ki, bahar fəsli Cəmşiddən neçə min, yaxud neçə milyon il əvvəl yaranmışdır. Yerin öləndən və bitkilərin quruyandan sonra yenidən dirilməsi (canlanması), Allahın nişanələrindəndir. Necə ki, Qurani-Məciddə buyurur: "إعلموا أن الله يحيي الأرض بعد موتها" (Bilin ki, Allah-Taala yeri, öləndən sonra dirildir). 
    Novruz bayramında qüsl yaxud hər hansı digər bir ibadətin də həmin münasibətə olması mümkündür.

    Не нравится +6 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 17 Ocak 2016 14:26 | Administrator | Şərh yazdı
    Sual: Bir qadın öz etirafına görə neçə illər mütəmadi şəkildə əxlaqsız işlərə (fahişəliyə) məşğul olmuş və bu yolla məişətini təmin etmişdir. O, bu qanunsuz və haram qazancla ev-eşik əldə etmişdir. İndi tövbə etmək istəyir. Onun ev və digər avadanlıqdan ibarət əmlakının hökmü nədir? 
     
    Cavab:Sahiblərini tanıyırsa onları sahiblərinə qaytarmalıdır. Tanımırsa məchulul-malik hökmündədir və onun özünün buna kiçik ehtiyacı varsa, şəriət hakimi onun tövbə etdiyini nəzərə alaraq bu əmlakı "rəddi-məzalim” ünvanı ilə ona verə bilər.

    Не нравится +6 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 16 Ocak 2016 12:04 | Administrator | Şərh yazdı
    Sual : Dua yazan və falçılara müraciət etməyin hökmü nədir? 

    Cavab:Etibarlı sübutla məsum imamlardan (ə) nəql olunmuş duaları yazmaq və onların qarşılığında pul almağın, iradı yoxdur. Amma müxtəlif forlamarda şəri etibarı olmayan mənbələrdən nəql edən ya dua yazan, dua yazanlara müraciət etmək icazəli deyil. Belə pulu almaq batil yolla mal yemək və haramdır.

    Не нравится +8 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 16 Ocak 2016 11:33 | Administrator | Şərh yazdı
    Sual : Mən şiəyəm və bir sünnini sevirəm. Bizim bir- birimizlə ailə qurmağımıza icazə varmı? Bu haram deyil? Zəhmət olmasa bütün müctedidlərimizin bu barədə fətvalarını buyurun. 

    Cavab:Ayətullah Sistani və Xamenei: Etiqadınızdan dönməniz qorxusu olmazsa, eybi yoxdur.
    Ayətullah Məkarim: Şiə kişilərinin əhli-sünnə qadınlarla ailə qurmasının iradı yoxdur. Amma şiə qadınlarının əhli-sünnə kişilərlə ailə qurması məzhəbin dəyişdirilməsinə səbəb olur deyə iradlıdır. 
    Ayətullah Behcət: Şiə qadının əhli-sünnə ilə ailə qurmasına ehtiyati-təklifə görə icazə verilmir. 
    Ayətullah Fazil: Şiə qadının əhli-sünnə ilə izdivacı məkruhdur. Şiə kişinin əhli-sünnə qadın ilə ailə qurmasının maneəsi yoxdur.

    Не нравится +2 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Ocak 2016 22:28 | Administrator | Şərh yazdı
    Sual : Artiq yemekleri yaxud bir terefi yazilmis bir terefi ise yazilmayib aq qalmis kaqizlari atmaq ne derecede duzgundu 

    Cavab:İsraf, mütləq şəkildə haramdır. Xüsusilə də ümumi insanların ehtiyacı olan qida maddələrində. İinsanın, yaxud quşların və heyvanların istifadə edə biləcəyi hər növ qida maddəsini atmaq haramdır. Habelə, bir tərəfi yazılmayıb ağ qalmış kağızlar da atılmamalıdır. 
    Не нравится +2 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Ocak 2016 22:14 | Administrator | Şərh yazdı
    Sual :1) Bildiyiniz kimi Ölkəmizdə qadınların əksəriyyəti hicabsızdır və belələri gözəllik salonlarında özlərini bəzəyir və saçlarına rəng vururlar.Gözəllik salonunda işləyən dindar xanım, müştərisi olan hicabsız qadının üzünü bəzəyə və yaxud saçına rəng vura bilərmi? 2) Qadınlara əqiq yaxud firuzə üzük taxmaq zinət hesab olunurmu? 3) Qadının öz həyat yoldaşının, yaxud öz qardaşının pencəyini geyib həyətdə palaz çırpması caizdirmi? 

    Cavab:1. Sualın fərzində əgər bilsələr ki, onlar özlərini naməhrəmə göstərmək üçün bəzətdirirlər, onda icazəli deyil, amma bilməsələr, yaxud ərləri üçün bəzənmək istəsələr, eybi yoxdur (onları bəzəmək olar).
    2. Bu məsələdə meyar ürfdür (camaatın baxışı). Yəni əgər camaat arasında zinət əşyası sayılsa (qızıl kimi), onu naməhrəmdən örtmək lazımdır, amma zinət hesab edilməsə, örtmək lazım deyil. Qeyd edək ki, əqiq adətən camaat arasında zinət hesab edilmir.
    3. Əgər qadının kişiyə məxsus geyimi geyinməsi onun özünü kişiyə oxşatmaq məqsədilə olmasa, qısa zaman üçün geyinməyin iradı yoxdur. Məslən, sualda qeyd etdiyiniz kimi işləri yerinə yetirmək üçün icazəlidir.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Ocak 2016 22:04 | Administrator | Şərh yazdı
    Sual : Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir? 

    Cavab:Tibbi məqsədlər üçün böyrək alıb-satmaq icazəlidir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün qarşılığında yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Ocak 2016 21:55 | Administrator | Şərh yazdı
    Sual : Əgər mənim qonşumda bir qıza elçi gəlibsə və onun barədə elçilər mənimlə məsləhətləşirlərsə və o qız barədə məlumat istəyirlərsə, özü də elçi də çox çox mömin və alicənab bir insandırsa, mən o qız barədə bildiklərimi elçilərə desəm bu qeybətdi, günahdı? 

    Cavab:Bir neçə yerdə həqiqəti söyləmək qeybət sayılmır və bu icazəli yerlərdən biri də məşvərət zamanıdır. Önəmli şəxsi və ya ictimai məsələlərdə (evlənmək, alış-veriş, işçiləri, müdirləri işə götürmə və ya təyin etmə kimi yerlərdə) bir başqası ilə məşvərət edərkən nəzərdə tutulan şəxsin zəif cəhətlərini və eyiblərini söyləməyə ehtiyac olarsa, bunlar barədə məlumat verməyin heç bir zərəri yoxdur, əksinə, bəzən bunu söyləmək hətta lazım olur. Əmirəlmöminin Əli (ə) buyurur: "Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir". Buna görə də məşvərət edənə bütün həqiqətlər bəlli olmalıdır ki, o, qabaqcadan xəbərdar olub işini düzgün qura bilsin. Əgər həqiqət deyilməsə, məşvərətçi tərəflərdən biri xəyanət etmiş olur. Şeyx Ənsari buyurur: "Qeybətin müstəsna hallarından biri də məşvərət edənin nəsihətidir, çünki məşvərət edilən şəxsin vəzifəsi, məşvərətçi tərəfin xeyrinə lazım olanları söyləməkdir, əgər həqiqəti deməsə, ona xəyanət etmişdir. Bəzi vaxtlar nəsihət etməməyin ziyanı qeybət etməkdən daha çox olur. ...Hətta əgər bir şəxs məşvərət etmədən haqqında heç bir məlumatı olmayan bir qadınla evlənmək istəyərkən onun yaxın adamı bu qadının eyiblərini bilib ona deməsə, bu, pis aqibətlə nəticələnə bilər. Burada qeybətə mübtəla olsa da, onu gerçəklikdən xəbərdar etməlidir. Şübhəsiz, belə qeybət möminə nəsihət etməməkdən yaxşıdır, xüsusilə bəzi rəvayətlərin zahiri mənası möminə nəsihət etməyin vacib olmasına dəlalət edir.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 15 Ocak 2016 21:50 | Administrator | Şərh yazdı
    Sual : Əgər mən yemək yeməy üçün hər hansı bir yeməkxanaya daxil olsam və həmin yeməkxanada şərabda verildiyini görsəm, bir qiraqda əyləşib orada olan halal qidalardan yesəm harama düşmüş olarammı? 

    Cavab:Yeməklə yanaşı içki verilən restorana getmək olar. Bu şərtlə ki, sizin ora getməyiniz bu kimi restoranların işinin genişlənməsinə (dəbə düşməsinə) səbəb olmasın. Söz yox ki, şərab və spirtli içkilər içilən mizdən (süfrədən) nə isə yemək haramdır. Hətta vacib ehtiyata əsasən, belə mizin kənarında (yemək yemədən) əyləşmək də haramdır.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 8 Ocak 2016 00:01 | Administrator | Şərh yazdı

    Sual : 
    Butun insanlarin,,'gozunde bedenezer var?umumyetle bednezer nedir?bednezer varmi?bu haqda bize yazin

    Cavab:

    Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur. 

    Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
    Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:
    «Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
    Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur.

    Bədnəzərdən qorunmaq üçün qeyd etdiyimiz ayə və duaları oxuyun:

    Əl-Qələm surəsi ayə 51-52: Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

    Ayətəl kürsi (Bəqərə surəsinin 255, 256 və 257-ci ayələri).

    Fələq və Nas surəsi.

    İxlas surəsini 6 cəhətə (sağ, sol, yuxarı, aşağı, qabaq və arxaya) oxumaq.

    İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

    «ماشاء الله لاقوة الا بالله العلی العظیم»

    Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

    Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.


    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 23:56 | Administrator | Şərh yazdı
    Sual :Salam aleykum. Astral seyahet nedir? Ve heqiqetdirmi? Cavab:Astral insanın bədəndən kənar ruhi səyahətdir. Əlbətdə ruh tamam bədəndən ayrılmır. Çünki ruh tamam bədəndən ayrıldıqda insan ölür. Yuxu astral səyahətin bir nümunəsidir. Ariflərin həyatında da bu səyahətə rast gəlirik.

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:54 | Administrator | Şərh yazdı
    Sual : Qizin ere getmesi ucun atasinin icazesi mutleq lazimdi? ola biler ki atanin icazesi lazim olmasin meselen qiz ere getmey isteyir amma ata vermir. 
    Cavab:Vacib ehtiyata görə bakirə qızın izdivacı üçün onun atasının ya ata tərəfindən olan babasının izni şərtdir.
    Aşağıdakı surətlərdə bu izin götürülür:
    Qızın izdivac etməyə ehtiyacı olsa və onun üçün şəri və ürfü baxımdan (camaatın nəzərincə) tay elçi tapılmışdır, hal-hazırda da ondan başqa münasib elçi yoxdursa, atanın (və ata babasının) izni götürülür.
    Habelə, əgər ata ğayib olsa və icazə almaq üçün onu tapmaq mümkün deyilsə, yaxud ata izdivac işini qızın özünə tapşırıbsa, yenə onun izni götürülür.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:51 | Administrator | Şərh yazdı
    Sual: Еvlənmək və sair kimi müqəddəratı həll еdən (həyati) məsələlərdə təsbеh, yaxud Quranla istixarə еtmək olar? Cavab:Yaxşı olar ki, insan qərara gəlmək istədiyi işlərdə əvvəlcə dərindən fikirləşib diqqət еtsin, yaxud təcrübəli və еtimadlı şəxslərlə məsləhətləşsin. Bu işlərlə onun hеyrət və narahatçılığı aradan qalxmazsa, istixarə еdə bilər.
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:49 | Administrator | Şərh yazdı
    Sual : Hansı hallarda qadın şəriət hakiminə müraciət edərək talaq tələb edə bilər? Cavab:Aşağıdakı hallarda şəri hakimə müraciət edə bilər: 1. Kişi öz həyat yoldaşının nəfəqəsini və yaşayış xərclərini ödəməsə və talaq verməyə də razı olmasa. Həmçinin kişinin ödəməyə imkanı olmasa və talaq da vermək istəməsə; 2. Kişi öz xanımını incitsə və Allahın əmrinə zidd olaraq onunla pis rəftar etsə; 3. Kişi öz xanımını atsa və onun hal və vəziyyətini müəyyənləşdirməsə: Belə ki, qadın ərsiz qalsa. Əgər kişi qadının cinsi istəklərini kamil şəkildə ödəyə bilməsə, vacib ehtiyata əsasən- hər cür yolla (müalicə ağır və baha olsa belə) qadının istəklərini ödəməli yaxud talaq verməlidir. Hərçənd qadının səbr etməsi müstəhəbdir.

     
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:46 | Administrator | Şərh yazdı
    Sual : Damino oynamag olarmi yoxsa ??? 
    Cavab:Domino əgər qumar alətlərindən hesab olmasa, maddi udub-uduzmaq şərt olmadan oynamağın eybi yoxdur.


    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:37 | Administrator | Şərh yazdı
    Sual: ISID kafir hokmundedir?

    Cavab:Dinin zəruri məsələlərini inkar etməyən və aldadılmış müsəlman şəxsi çıxmaqla, onlar müsəlmanlardan hesab olunmurlar.
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:28 | Administrator | Şərh yazdı
    Sual: Salam mən ehsan verirəm. Qorxuram təkəbbürə düçar olam. Ehsanı digər bir şəxsin adı ilə verə bilərəmmi? Yəni ehsan verməkdə yalan danışmaq düzgündürmü? 

    Cavab: Ehsan və digər ibadətlərdə yalan danışmaq düzgün deyil və günahdır. Lakin ehsanı bu formada vermək olar. Misal üçün deyilsin ki, bunu qardaşlarından biri verib və yaxud möminlərdən biri ehsan edib (Çünki ehsan edənin özü qardaşlardan və möminlərdən biridir. Buna görə bu sözü demək yalan deyil və düzgündür). Əgər soruşsalar ki, ehsan edənin adı nədir? Demək olar ki, o adının bilinməsini istəmir.

    Не нравится +5 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:27 | Administrator | Şərh yazdı
    Sual : Biz bir binada yaşayırıq. Bu binada yaxınlardan birinin interneti WiFi vasitəsi ilə internetə qoşuluruq. Lakin qoşulduğumuz zaman başqa şəxslərin də bu internetdən istifadə etdiyini müşahidə edirik. Razılığı olmadığı halda (çünki həmin qoşulmanın hansı evə aid olduğunu bilmirik) digər şəbəkələrdən istifadənin hökmü nədir? Əvvəllər bəzi vaxt istifadə etmişik. Bu barədə nə etmək lazımdır? 

     Cavab:Digərlərinin əmlakından onların icazəsi olmadan istifadə etmək günahdır və insan o şəxsə borcludur. WiFi interneti ilə əlaqədar qeyd etmək lazımdır ki, bu internetin qonşulardan birinə aid olduğuna görə, tapılmalıdır ki, bu internet kimə aiddir və onun məbləği sahibinə verilməli və ondan icazə alınması zəruridir.
    Qeyd:
    Vacibdir ki, qonşunun internetindən istifadə etdiyi qədər dəyərində məbləği qonşuya ödəsin. Lakin bir sıra səbəblərə görə, özü bu işi yerinə yetirə bilməsə, bir şəxsə qonşuya həmin məbləği ödəməsini tapşıra bilər. Lazım deyil ki, öz adını desin və qonşunu tapa bilmədiyi təqdirdə, həmin məbləği öz təqdlid mərcəyinə təhvil verə bilər.



    Не нравится -1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 16:25 | Administrator | Şərh yazdı
    Sual : Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi? 

    Cavab:Əgər şəri üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.
    Не нравится +28 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.