Gündəlik vacib namazların vaxtı
Sual 366: Məğrib və işa namazları nə vaxt qəza olur?
Cavab: Bu iki namazın vaxtı gecə yarısına kimidir. Amma namaz qılmağı unutmuş və ya heyz olan çarəsiz şəxslər üçün fəcrin yetişməsinə kimi vaxt vardır.
Sual 367: İşa namazını nə vaxta kimi yerinə yetirmək olar?
Cavab: İşa namazının vaxtı gecə yarısına kimi uzanır. Amma çarəsiz şəxslər, sübh azanına kimi qıla bilərlər.
Sual 368: Əsr və işa namazlarının qılınmasında fəzilətli vaxtları deyin.
Cavab: Əsr namazının qılınmasının fəzilətli vaxtı, şaxisin kölgəsinin çatmasıdır və bu vaxt yeddidə altı qədər keçməsinə qədər uzanır. İşa namazının qılınmasının fəzilətli vaxtı isə şəfəqin getməsi ilə başlayaraq gecənin üçdə biri çatana kimi uzanır.
Sual 369: Əsr namazının şəri zaman həddi günəşin batmasına qədərdir, ya məğrib azanına qədər?
Cavab: Vacib ehtiyata görə zöhr və əsr namazlarını gün batana qədər gecikdirmək olmaz. Bəli, günəşin şüalarının çəkilməsində şəkki olsa, ya onun binaların və onun kimi şeylərin arxasında gizləndiyini güman etsə, namazı məşrifin qırmızılığı getməmişdən qabağa qədər gecikdirə bilər.
Sual 370: Şimal və ya cənub qütbündə namaz vaxtını necə müəyyənləşdirmək olar?
Cavab: Əgər şəxs bir gün gecə-gündüzün müddəti 24 saatdan çox olduğu yerdə olsa, vacib ehtiyata görə namazlarını gecə-gündüzü 24 saat olan ən yaxın məkanda olan namaz vaxtlarına uyğun qılsın.
Sual 371: Məğrib və işa namazlarını gecə yarısından sonra qılsaq, hökm nədir?
Cavab: Çarəsiz olmasa gecə yarısından qabaq yerinə yetirin, çarəsiz olduqda isə sübh azanına qədər vaxt vardır.
Sual 372: Sübh namazının şəri vaxtını açıqlayın.
Cavab: Sadiq fəcrin açılmasından gün çıxana qədərdir.
Sual 373: Günün şüasının gizlənməsi ilə orucu iftar etməsi və məğrib namazını qılmaq olarmı?
Cavab: Vacib ehtiyata görə məşriqin qırmızılığının getməsini gözləmək lazımdır.
Sual 374: İmam Hüseynə (ə) əzadarlıq edildiyinə görə namazı vaxtın əvvəlindən gec qılmaq olarmı?
Cavab: Yaxşı olar ki, namaz vaxtın əvvəlində qılınsın.
375: Məğrib və işa namazlarının nə vaxt qəza olduğunu bilmək istəyirik?
Cavab: İxtiyari halda məğrib və işa namazları gecə yarısına qədər qılınmalı, çarəsiz olduqda isə sübh namazına qədər uzanır.
Sual 376: 1. Namaz özünün xüsusi vaxtında qılınsa, savabı çox olarmı?
2. Əsr və işa namazlarının xüsusi vaxtlarını açıqlamanızı xahiş edirik?
Cavab: 1. Vacib namazları onun fəzilət vaxtında qılmaq, bəlkə fəzilət vaxtının da əvvəlində qılmaq yaxşıdır.
2. Əsr və işa namazlarının xüsusi vaxtları " İzahlı şəriət məsələləri" kitabında deyilmişdir.
Sual 377: Gecə yarısı qürubla fəcrin açılmasına qədər olan saatların yarısıdır. Bəs, əgər gün məsələn, saat 19:00-da batsa və fəcr sübh saat 4:00-da açılsa, gecə 23/30 dəqiqə gecə yarısı olacaq. Zaman və məkan baxımından fərqli olmasına baxmayaraq, bu ümumi bir ölçüdür.
Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani