Namazın niyyəti
Sual 382: Niyyəti, vacib namazdan müstəhəb namaza dəyişmək olarmı?
Cavab: Camaat namazına qoşulmaqdan başqa yerdə icazəli deyil.
Sual 383: Niyyəti, müstəhəb namazdan vacib namaza dəyişməyin hökmü nədir?
Cavab: Niyyəti qəza namazından əda namazına və müstəhəb namazından vacib namaza döndərmək olmaz.
Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza namazına döndərməsi mümkün olmalıdır. Məsələn: zöhr namazını qılarkən, üçüncü rəkətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər.
Sual 384: Niyyəti, işa namazından məğrib namazına nə vaxt dəyişmək olar?
Cavab: Əgər işa namazının arasında məğrib namazını qılmadığını bilsə, dördüncü rəkətin rükusuna getməzdən qabaq vaxt olarsa, niyyəti məğrib namazına dəyişmək olar.
Sual 385: Əsr namazından zöhr namazına qayıtmağın hökmü nədir?
Cavab: Əgər əsr namazı arasında zöhr namazını namazını qılmadığını bilsə, əsr namazını qılmağa vaxt olarsa, niyyəti zöhr namazına dəyişmək olar.
Sual 386: Əgər namazın vaxtının keçib-keçməməyini bilməsək, namazın niyyətini necə etməliyik?
Cavab: Həmin namazı, öhdəyə olan (ma fiz-zimmə) namaz niyyəti ilə qılmaq lazımdır.
Sual 387: Səfərdə qəsr namazlarının niyyəti necə olmalıdır?
Cavab: Qəsr namazı olmasını niyyət edin.
Sual 388: Əgər sübh namazı qəza olsa, zöhr namazının qəzasını yerinə yetirərkən, əvvəl sübh namazı qılınmalıdır, yoxsa zöhr və ya əsr namazını qıldıqdan sonra sübh namazının qəzasını qılmaq olar? Başqa bir sualım budur ki, əgər zöhr namazının niyyəti edilib, namaza məşğul olduqdan sonra sübh namazını qılmamağı yada düşsə, namazın niyyətini sübh namazına dəyişmək olarmı?
Cavab: Hər hansı birini qabaq yerinə yetirməkdə ixtiyarlıdır. Baxmayaraq ki, zöhr namazını qılmazdan qabaq, sübh namazının qəzasını qılmaq daha yaxşıdır və əgər namaz arasında, sübh namazını qılmadığı yadına düşsə, öz niyyətini ona dəyişə bilər.
Sual 389: Namazın niyyəti Azərbaycan dilində demək olarmı?
Cavab: Düzgündür və kifayət edir.
Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani