Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dəstəmaz - 3
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 25-09-2015, 18:00 | Baxılıb: 2 456
     
     
    Dəstəmaz - 3

    Sual 166: "İzahlı şəriət məsələləri" kitabında gəlmişdir ki, azana yaxın vaxtlar dəstəmaz almağın eybi yoxdur. "Azana yaxın vaxt" dedikdə, dəqiq olaraq azandan neçə dəqiqə qabaq nəzərdə tutulur?
    Cavab: Namaz üçün hazırlıq lazım olan qədər vaxt nəzərdə tutulur. Amma təharətli olmaq üçün dəstəmaz almaq mütləq halda bəyənilmişdir.
    Sual 167: Dəstəmaz almaq üçün dırnağın altını təmizləmək lazımdırmı?
    Cavab: Normal halda olarsa, lazım deyil.
    Sual 168: Özlərinə suyun yetişməsinə mane olmayacaq qədər zinət vurmuş qadınlar, dəstəmaz üçün onu təmizləməlidirmi?
    Cavab: Suyun dəriyə yetişməsindən əmin olmaq lazımdır.
    Sual 169: Qadınlar məsh çəkmək üçün başlarının tükünü ortadan ayırmalıdırmı?
    Cavab: Lazım deyil və başlarının qabaq tərəfinə məsh etsələr, kifayətdir. 
    Sual 170: Əgər qısa dırnağın altında çirk olsa, dəstəmaz düzgündürmü?
    Cavab: Əgər zahirdən hesab olmasa, eybi yoxdur.
    Sual 171Sübhlər gün çıxdıqdan sonra evdən bayıra getdikdə, qürbət qəsdi ilə dəstəmaz alıram. Günortaya qədər bunun üstündən 5-6 saat keçir. Məndən dəstəmazı batil edən işin baş verməməyini bildiyim surətdə zöhr və əsr namazlarımı həmin dəstəmazla qıla bilərəmmi?
    Cavab: Qıla bilərsiniz.
    Sual 172: Zöhr və əsr namazı niyyəti ilə dəstəmaz alsam, həmin dəstəmazla məğrib və işa namazlarını qıla bilərəmmi?
    Cavab: Eybi yoxdur.
    Sual 173: Bir neçə niyyətlə zöhr, əsr və müstəhəb namazları niyyəti ilə bir dəstəmaz almaq olarmı?
    Cavab: Eybi yoxdur.
    Sual 174: Dəstəmaz aldıqda üzə və əllərə su tökdükdə su dəriyə dəydikdən sonra yuyulan üzvlə ( üz və ya əli ilə) üzü yuxarı qalxsa, dəstəmaz batil olurmu?
    Cavab: Batil olmur. 
    Sual 175: Əgər bir kəs təkcə zöhr namazı niyyəti ilə dəstəmaz alsa, onunla Qurana əl vura və ya digər vacib namazları qıla bilərmi?
    Cavab: Maneəsi yoxdur.
    Sual 176: Sol əli və başqa dəstəmaz üzvlərini yuduqda üzün suyu qurusa, dəstəmazın hökmü nədir? Batildir, ya yox?
    Cavab: Əgər çox fasilə verməyin nəticəsində qurumasa, eybi yoxdur.
    Sual 177: Eyni zamanda hər iki ayağa məsh çəkmək icazəlidirmi?
    Cavab: İcazəlidir.
    Sual 178: Suyun əl və üzə yetişməsindən əmin olmaq üçün dəstəmazdan qabaq əl və üzü yumağın hökmü nədir?
    Cavab: Eybi yoxdur.
    Sual 179: Dəstəmaz almaqdan qabaq əl və üzdən bir miqdarı yaş olsa, dəstəmaz almaq olarmı?
    Cavab: Dəstəmaz almaq olar.
    Sual 180: Dəstəmazda əlləri üçüncü dəfə yumaq haramdırmı? Əgər haramdırsa, dəstəmazı batil edir, ya yox?
    Cavab: Bidət və təşrii haramdır. Amma dəstəmazı batil etmir. Amma sol əl üç dəfə yuyulsa, dəstəmaz suyundan başqa su ilə məsh edildiyindən, dəstəmaz batil olur.
    Sual 181Atam xəstə olduğu üçün özü dəstəmaz ala bilmir. Mən onun dəstəmazını ala bilərəmmi? Mən evdə olmadıqda başqalarından kömək ala bilərmi?
    CavabBəli, əgər özü dəstəmaz ala bilməsə, siz və ya bir başqası ona dəstəmaz almaqda kömək edə bilərsiniz. Ümumiyyətlə, özü dəstəmaz ala bilməyən şəxs, hərçən yuma və məsh etmə iki nəfərin iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi muzd istəsə də imkanı olub və halına zərər verməzsə, gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də iştirakı olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman vacib ehtiyat olaraq niyyət etməlidir. Əgər özünün məsh etməsi mümkün deyilsə, köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəkməlidir. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi alaraq başın və ayaqlarına məsh çəkməlidir. 
    Sual 182: 1. Saçı və saqqalı rəngləmək qüslə və dəstəmaza mane olurmu?
    2. Dəstəmazda saçlar seyrək olub, başın dərisi görsənərsə, məshi başın dərisinə çatdırmaq lazımdır, yoxsa saça çəksək kifayət edər?
    3. Dəstəmaz alarkən saqqalı yumaq lazımdırmı? Yəni saqqala su dəyməsə dəstəmaz düzgündürmü?
    Cavab: 1. Saçı və ya saqqalı rəngləmək qüsl və dəstəmaza mane olmur.
    2. Saça məsh etsəniz, kifayətdir.
    3. Əgər saqqal azdırsa və üzün dərisi görsənirsə, dəri yuyulmalıdır. Dəri görünmürsə, saqqalı yumaq kifayətdir. 
    Sual 183: Mən vaxtın daxil olmasını güman edərək, dəstəmaz aldım və niyyətdə "vacib qürbətən iləllah" dedim. Məscidin axundu, bunun düzgün olmamağını deyir. Bilmək istəyirəm ki, indi həmin dəstəmazımın və onunla qıldığım zöhr və əsr namazlarımın hökmü nədir və namazdan və hər hansı bir dəstəmazı vacib edən işlərdən qabaq "vacib" niyyəti ilə dəstəmaz almaq olarmı?
    Cavab: Dəstəmaz hər vaxt alınsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa, düzgündür. Vacib, yaxud müstəhəb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhv üzündən vacib niyyəti edərsə və sonradan vacib olmamağı məlum olarsa, dəstəmaz düzgündür. Həmçinin, vaxtın yetişdiyini yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini başa düşsə, dəstəmaz düzgündür.
    Sual 184: Bəzi evlərdə su sayğacı yoxdur və sudan icazəsiz istifadə edirlər. Onların ibadətlərinin, namaz, dəstəmaz və qüsllərinin hökmü nədir?
    CavabO sudan istifadə etmək icazəli deyil. 
    Sual 185: Mən dəstəmaz aldıqdan (1-2 dəqiqə) sonra ayağımı yuya bilərəmmi?
    Cavab: Dəstəmaz aldıqdan sonra ayağı yumağın eybi yoxdur və dəstəmaz sonra yetdikdən dərhal sonra da yuya bilərsiniz. Həmçinin, dəstəmazdan qabaq da ayağı yumaq olar, amma məsh üçün onun məsh çəkiləcək yerini qurulmaq lazımdır.
     

    Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
    Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani

     
     
    Bölmə: Risalələr / Ayətullah Sistani
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 27 Eylül 2015 02:06 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım sayende bilmediyimizi öyrenirik ellerin derd görmesin İnşAllah çox sağ ol.Uca Allah sene kömek olsun Amin.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: VuSka | Status: İstifadəçi Offline | 25 Eylül 2015 22:22 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci
    Allahumme selli ela Muhammedin ve ali Muhammed
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 25 Eylül 2015 20:00 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 25 Eylül 2015 18:33 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun bele sualalar ve cavablar sayesinde bilmediklerimi orgendim ehsen sene Allah saytda emeyi kecen her kese sonsuz razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.