» Şəri Sual-Cavablar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şəri Sual-Cavablar
+100
Müəllif: Admin | 6-01-2016, 23:42 | Baxılıb: 53 536


 
 
Bölmə: ---
Şərhlər: 44
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 08:06 | Administrator | Şərh yazdı
Sual :
Adətən məscidlərdə ələm qoyurlar. İnsanlar da bu ələmə nəzir edir və yaylıq bağlayırlar. Məhərrəmlikdə isə onu ələ alıb aşura səhnəsini yad edirlər. Bu əməllər düzgündürmü? 

Cavab:
Bunların heç birisi dini işlər sayılmır. Şəhidlər sərvərinin (ə) əzadarlıq məclisləri son dərəcə izdihamlı, adəti üzrə, ziyalı və mərifətli şəkildə keçirilməlidir.
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 08:04 | Administrator | Şərh yazdı
Sual :
Whatsapp vasitəsilə belə bir məlumat bizə gəlibki,""Azərbaycandan bir neçə qardaş Ayətullah Sistani ağayla görüş zamanı Sistani ağa belə buyurub ki,mənim salamımı Azərbaycan şiələrinə çatdırın."" Və biz də imkan daxilində bir birimizə çatdırıriq.lakin Belə mesajı paylaşmağın düzgün olmadığinı və Hətta Xamenei ağanın da bu tipdə mesajı paylaşmağı haram buyurduğunu dedilər bizə.sualım belədirki Sistani ağanın salamını imkan daxilində birbirimizə çatdırmaqda bir qəbahət varmı? 
 
Cavab:
Qeyd olunan salamı çatdırmaq və paylaşmaq çox bəyənilən bir əməldir.
Qeyd edək ki, Müsəlmanların Vəliyyi-Fəqihi Həzrət Ayətullah əl-üzma Xamenei belə bir paylaşmanı qəbahət saymır, üstəlik bəyənilən bir əməl hesab edir.

Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 08:02 | Administrator | Şərh yazdı
Sual : Vacib namazların qunutunda hər hansı bir dildə dua etmək olarmı? 
Cavab:Bu suala təqlid mərcələrinin fətva və nəzərləri aşağıdakı kimidir:
Ayətullah əl-üzma Xamenei: 
Bir maneçiliyi yoxdur.
Ayətullah əl-üzma Sistani:
Əgər qünutun zikr və duası ərəb dillindən qeyri dildə oxunsa, o qünutun gerçəkləşməsi iradlıdır (yənu bu qünutu əvəz etmir və kifayət deyil). Lakin onun namazı düzgündür. 
Əgər qünutda onun zikr və duasını ərəbcə oxusanız, sonra öz dilinizdə dua etsəniz, onda qünut düzgündür (həmçinin namaz da düzgündür). 
Ayətullah əl-üzma Behcət: 
Daha zahir qeyri-ərəb dilində oxunmasının icazəli olmasıdır, lakin hər dildə oxunulsa gərək düzgün oxusun ki, qünut barədə vəzifəsini yerinə yetirmiş olsun.
Ayətullah əl-üzma Vəhid:
Vacib və ya müstəhəb namazlarda qünutu qeyri-ərəb dilində oxumaq namaza zərər yetirmir və namaz düzgündür. Lakin namazqılanın qünut barədəki vəzifəsi yerinə yetirilməmiş olur və ərəbcə oxunmalı olan duadan kifayət etmir. Əlbəttə, dua Allahla munacat formasında olmalı və Allahdan qeyrisinə xitab edilməməlidir. 
Ayətullah əl-üzma Məkarim: 
Namazın qünutunun və digər zikrlərinin qeyri-ərəbcə oxunması icazəli deyil.

Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 08:02 | Administrator | Şərh yazdı
Sual  : 
Insan gündəlik qarşısina çıxan məsələləri vacibdi ki oyrənsin? və əgər öyrənməsə bu ona günah sayılırmı? 

Cavab:
Hər bir müsəlman adətən ehtiyac duyduğu məsələləri öyrənməlidir. O məsələlərin öyrənilməməsi vacibin tərk olunmasına, yaxud harama düşməyə səbəb olarsa, şəxs günahkardır.

Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 08:00 | Administrator | Şərh yazdı
Sual :
Başa qəmə vurmaq, baş yarmağın hökmü nədir? Həzrət Ayətullah Xameneinin bu barədə hökmünə başqa müctəhidlərin müqəllidləri də tabe olmalıdır? Baş yarma mərasiminin aşkarda və ya gizlində həyata keçməsinin fərqi var?  
Cavab:Həzrət Ayətullah əl-üzma Xamenei hazırkı şəraitdə qəmə vurmağı haram sayır və buyurur ki, bu əməlin sabiqəsi yoxdur, sabiqəsi olsa belə əhli-Beyt (ə) məktəbinə qarşı təbliğatda istifadə olunur. Əhli-beyt (ə) məktəbini, şiəliyi alçaltmaq istəyənlər baş yarmaq mərasimindən fotolar paylaşır. Həmçinin, həzrət buyurur ki, belə bir şəraitdə baş yarmaq nəinki əzadarlıq deyil, hətta əzadarlığa qarşı təxribatdır. Buna görə də bütün möminlər kimə təqlid etməsindən asılı olmayaraq əzadarlıqda bu işdən çəkinməlidirlər. Aşkarda və ya gizlində qəmə vurmaq arasında fərq yoxdur. Yəni, gizlində də bu işi etməyə icazə verilmir.        
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:59 | Administrator | Şərh yazdı
Sual :
Məhərrəm ayında nişan mərasimi, yaxud toy etmək olarmı? 

Cavab:
Belə məclislər adətən imam Huseynə (ə) hörətsizlik sayılır və bunun üçün də icazəli deyil. Qeyd edək ki, əgər belə bir matəm ayında bu toy baş tutsa da heç vaxt bərəkətli olmayacaqdır.

Не нравится +13 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:57 | Administrator | Şərh yazdı
Sual :
Bezileri Sistani aqanin vilayeti qebul elemediyini deyiller. Zehmet olmasa Sistani aqanin vilayet baredeki nezerini bize yazardiz. Allah sizden razi olsun 

Cavab:
Qeyd edək ki, fəqihin vilayətini qəbul etməyən müctəhid yoxdur və bu ola da bilməz. Lakin onun bəzi xırda məsələlərində müctəhidlərin nəzərləri fərqlidir. Biz sizə Ayətullah əl-üzma Sistaninin rəsmi saytında getmiş sual-cavabını təqdim edirik:

Sual 1: Vilayəti fəqih barədə sizin nəzəriniz nədir?
Cavab: Fiqh terminologiyasında həsbiyə işlərdən olan vilayət təqlid olunmaq üçün lazım olan bütün şərtləri özündə toplamış hər bir fəqih (müctəhid) üçün sübut olur. Amma İslam ölkələrinin idarə olunması ona bağlı olan ümumi işlərdə həm fəqih şəxsin özündə, həm də onun şəraitində vilayətin başqa işlərini də nəzərə almaq şərt sayılır. O cümlədən, fəqihin ümumi möminlər arasında məqbul olması. 

Sual 2: Mərcəi-təqlidin hökmü, vəliyyi-fəqihin hökmü ilə fərqli olarsa, müqəllid hansından itaət etməlidir?

Cavab: İslam ölkələrinin və camaatın ümumi işlərinin idarə olunması ona bağlı olan şəri vilayəti olan şəxsin hökmü, hamı üçün, hətta müctəhidlər üçün də keçərlidir. Yalnız onun xəta etdiyi və ya Quran və sünnə ilə müxalif olması qəti surətdə məlum olduqda, hökmünə əməl etmək olmaz.

Sual 3: Vilayəti fəqih təhqiqidir, yoxsa təqlidi?

Cavab: Təqlididir.

Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:55 | Administrator | Şərh yazdı
Sual : 
Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi?  

Cavab.
Müctəhid: Ayətullah Xamenei 
Bismillahir-rəhmanır-rəhim 
Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, məchulul-malik, yəni sahibi məlum olmayan hökmündədir.
Bir sıra təqlid mərcələrinin bu barədə fətvalarını sizə çatdırırıq:

Ayətullah əl-üzma Sistani:
O pulun hamısını seyid olmayan dindar fəqirlərə sədəqə versin, xümsu yoxdur.

Ayətullah əl-üzma Safi Gülpayqani:
Məchulul-malik hökmündədir və xumsu yoxdur. Gərək sahibinin tərəfindən seyid olmayan fəqirlərə sədəqə versinlər.

Ayətullah əl-üzma Nuri Həmədani:
Sual fərzində qeyd edilən məbləğ gərək rəddi-məzalim ünvanı ilə ödənilsin (yəni müctəhidin icazəsi ilə sahibi tərəfindən fəqirə sədəqə verilsin).
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:54 | Administrator | Şərh yazdı
Sual :
Eşitmişəm ki pendir yemək məkruhdur. zəhmət olmasa pendir yeməyin hökmün yazın 

Cavab:
Yaxşı olar ki, pendir qoz ləpəsi ilə birlikdə yeyilsin.

Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:53 | Administrator | Şərh yazdı
Sual  :
Göyərçin saxlamaq olar?.

Cavab:
Göyərçin saxlamaq günah deyil, əksinə bəyənilən və müstəhəbdir.
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:51 | Administrator | Şərh yazdı
Sual :
Kinoya,seriyala baxmaq olar ?

Cavab:
Pozğun, azdırıcı, günaha çəkən filmlərə baxmaq mütləq halda haramdır. Digər filmlərə də şəhvətlə baxmaq və ya harama düşmək qorxusu olarsa, icazəli deyil. Həmçinin, vacib ehtiyat odur ki,  bədənini adət miqdarından artıq örtməyən kişi olan film, ya səhnələrə qadın baxmasın. Habelə, hicabsız qadınların yanında adətdən artıq çılpaq olan qadın çəkilmiş film və səhnələrə kişinin baxması icazəli deyil, hətta şəhvətlə olmasa da.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:50 | Administrator | Şərh yazdı
Sual :Müstəhəb namazda iqtida edib pişnamazla qılmaq olarmı ?

Cavab:Müstəhəb namazı camaat namazı şəklində qılmaq düzgün deyil və fürada qılınmalıdır.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:48 | Administrator | Şərh yazdı
Sual:
Həşəratı öldürmək günah hesab edilirmi? 

Cavab:
Heyvanlar, insan həyatının qalması və davamı üçün lazım və zəruri bir mövcuddurlar. Allah Taala buyurur: "Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!" ("Duxan" surəsi, ayə 38). Burdan başa düşürük ki, hər bir şeyin vücudunda hikmət və xeyir qoyulmuşdur. Yenə buyurur: "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!" ("Bəqərə" surəsi, ayə 29). Burdan aydın olur ki, hər bir şeyin xeyri insana aiddir və insana qayıdır. Deməli, həşəratlar da insan üçün faydalıdır. 
Digər məsələ isə budur ki, dünyada yaşayan bütün heyvanlar da hər biri özlüyündə bir ümmətdir və nəhayət, Allaha tərəf məhşur olacaqlar. Qurani-kərimdə buyurulur: "Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir".
Deməli, heyvanların vücudunun insanlar üçün faydalı olmasına və onların da Allah məxluqu olaraq, yaşam haqları olmalarına diqqət etməklə, onların öldürülməsi yaxşı deyil. 
Lakin, insanın əzab-əziyyətinə, narahatlığına səbəb olsalar, yaxud insanın asayişini ondan alsa, onları öldürmək olar. Hər halda əgər əziyyət etməsələr belə onları öldürmək haram deyil.



Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 7 Ocak 2016 07:47 | Administrator | Şərh yazdı
Sual :Dinar, dirhəm və misqal neçə qramdır? 

Cavab:Dinar 3.5 qramdır.
Misqal təxminən 4.5 qramdır.
Не нравится +23 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.