Sevgi və dostluq
Sual 1368: Qıza aşiq olmaq, onu sevmək olarmı?
Cavab: Qeyri-ixtiyari iş üçün hökm yoxdur, baxmayaraq ki, onun müqəddiməsi ixtiyaridir. Əgər müqəddimə haram olsa, ona mürtəkib olmaz olmaz. Amma şəri əqddən qabaq hər növ şəhvəti təhrik edən hərəkət haramdır.
Sual 1369: Oğlanla qız arasındakı hər növ dostluq əlaqəsi şəri baxımdan iradlıdırmı? Yəni əgər hər iki tərəf şəriətin bu barədə yasaqladığı işlərə tabe olsa və riayət etsələr və onların bu dostluğu həvəd üzündən olmasa, yenə də iradlıdırmı? Hansı surətdə iradı yoxdur?
Cavab: Əgər günaha düşmək qorxusu olsa, icazəli deyil.
Sual 1370: Əgər insanın təkliyə dözümü olmasa və evlənmək imkanı da olmasa, heç bir qəsd olmadan qızla dostluq edə bilərmi?
Cavab: Sualın fərzində icazəli deyil və izdivac üçün lazım olan işlərin əncamına çalışın.
Sual 1371: Qızlarla dostluq etmək üçün İslamda oğlanlara hansı məhdudiyyətlər qoyulmuşdur?
Cavab: Harama düşmək qorxusu olduqda icazəli deyil.
Sual 1372: Qızla oğlanın bir-birlərinə toxunmadan dostluq etmələri icazəlidirmi?
Cavab: İzdivac əqdi oxunmadan iki naməhrəmin bir-biri ilə əlaqəsi günaha səbəb olduğu üçün icazəli deyil.
Sual 1373: Naməhrəm qadın və kişinin bir-birləri ilə dost olmaları və bu məqsədlə məktublaşmaları və telefonla danışmalarının hökmü nədir?
Cavab: İcazəli deyil.
Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani