Paklıq
Sual 117: Paltaryuyan maşın onunla yuyulan paltarları pak edirmi?
Cavab: Əgər murdarın eyni aradan getsə, pak edir.
Sual 118: Maşın asfaltın üstündə getdikdə onun murdarlanmış təkəti pak olurmu?
Cavab: Pak olmur.
Sual 119: Əgər müməyyiz bir uşağa tualetdə özünü necə paklamaq lazım olduğunu öyrətsək, onun özünü pak etməsinə hökm etmək olarmı?
Cavab: Əgər müməyyiz olsa, onun özünü paklamasına kifayətlənmək olar.
Sual 120: Uşağın qusmağı pakdırmı?
Cavab: Pakdır.
Sual 121: İnsanın nəcisini kağızla təmizləmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual 122: Murdarlanmış bir yeri su olmasa, necə paklamaq olar? Cavab Günəşin ona saçması ilə paklamaq olar. Əlbəttə, bunun bəzi şərtləri vardır ki, İzahlı şəriət məsələləri kitabında deyilmişdir.
Sual 123: Əgər bir yerin hamısına murdarlıq yayılmış olsa və namaz qılmaq üçün də oradan başqa bir yer olmasa, nə etməliyik?
Cavab: Həmin yerin hamısını paklamaq lazım deyil. Təkcə namaz qılarkən səcdə ediləcək yeri paklasanız, kifayətdir.
Sual 124: Cənabət qüslündən sonra insandan gələn suyun hökmü nədir?
Cavab: Əgər qüsldən qabaq sidiyə getmiş və sidikdən sonra istibra etmişsə, o su pakdır.
Sual 125: İnsan heyzli və qüsllü olduğu vaxt istifadə etdiyi paltar və dəsmalı, qüsl verdikdən sonra istifadə edə bilərmi?
Cavab: Əgər murdarlanmışsa, yuduqdan sonra pak olur və istifadə edə bilər.
Sual 126: İtin ağzı dəymiş bədən və paltarı necə paklamaq lazımdır?
Cavab: Su ilə bir dəfə yumaqla paklanır. Əlbəttə, əgər az su ilə yusalar, gərək onun suyu sıxılsın. Ona görə də paltarı pakladıqda onu sıxmaq, suyunu çıxarmaq lazımdır.
Sual 127: Əsanın altı, süni ayaq və maşının təkəri murdar olsa, yer vasitəsilə paklanırmı?
Cavab: Vacib ehtiyata görə pak olmur.
Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani