Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hicab
    +15
    Müəllif: Fatimə Nuri Xuda | 25-09-2015, 15:04 | Baxılıb: 21 469
     
     
    Hicab 

    Sual 1388: Hicab, dinin zəruri məsələlərindən hesab olurmu? Ona qarşı etinasız olanların hökmü nədir?
    Cavab: Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir. Amma bu aydın məsələyə diqqət etmədən hicabı inkar etmək, peyğəmbərliyin inkar olunması deyil və hicaba qarşı etinasız olmaq günahdır.
    Sual 1389: Çadranın altından yaylığın bir hissəsini çölə çıxartmağın bir iradı varmı?
    Cavab: Eybi yoxdur, amma gərək tüklərini örtsün.
    Sual 1390: 17 yaşlı qızam. Anam bir yaşlı oğlan övladı olan kişi ilə izdivac etmişdir. Mənim bu kişi və oğlu qarşısında hicabım necə olmalıdır?
    Cavab: Kişi sizə məhrəm, oğlan uşağı isə naməhrəmdir.
    Sual 1391: Qadın namaz qıldıqda ayağının üstünü örtməlidirmi?
    Cavab: Vacib deyil, amma naməhrəmdən örtməlidir.
    Sual 1392: Hicabdan məqsəd, qadının paklığının, iffətinin qorunması, cəmiyyətin yolunu azmasının və günahla yanaşı olan baxışın qarşısını almaq deyilmi? Əgər belədirsə, qadın sadə, cəlbedici olmayan, iffətini qoruya bilən və kişilərin şəhvətli baxışlarının qarşısını alan paltar geyinsə, çadra örtməsi də lazımdırmı? Əgər lazımsa, nə üçündür?
    Cavab: Hicab, yəni qadının bütün bədənini, zinətlərini və fitnə törədə bilən yerlərini, zinət və təhrikedici olmayan geyimlə özünü örtməsi vacibdir. Hökmlərin səbəbi şəriət yolu ilə məlum olur. Şəriətdə bu hökm üçün səbəb açıqlanmamışdır.
    Sual 1393: Nə qədər qeyri-müsəlman qadının İslam ölkəsində hicaba riayət etməsi vacibdir, amma müsəlman qadın qeyri-islami ölkədə hicabsız olması qadağandır?
    Cavab: Qadın üçün hicab vacibdir, istər müsəlman olsun, ya müsəlman olmasın, istər İslam ölkəsində olsun, ya qeyri-islami ölkədə.
    Sual 1394: Kişi öz həyat yoldaşını hicaba riayət etməyə məcbur edə bilərmi?
    Cavab: Kişi öz həyat yoldaşını hicaba riayət etməyə məcbur edə bilməz. Amma hətta hicabla olsa belə, evdən çölə getməsinə mane ola bilər. Deməli, onunla belə şərt edə bilər ki, əgər hicaba riayət etsə, çölə çıxmaya icazəsi vardır.
    Sual 1395: Cavan qadın üçün niqabın hökmü nədir?
    Cavab: Vacib deyil.
    Sual 1396: Çadra və manto necə olmalıdır?
    Cavab: Qadın elə paltar geyinməlidir ki, zinət olmasın. Əks təqdirdə başqa zinətlər kimi onu da örtməlidir. Həmçinin geyim kişiləri aldadan və cəlbedici olmamalıdır.
    Sual 1397: İslamda qadın üçün hicab vacibdirmi? Bu vaciblik xarici ölkələrdə də öz hökmündə qalırmı? Hicabdan məqsədim yaylıqdır.
    Cavab: Vacibdir ki, qadın üz və biləyə qədər əllərindən başqa bütün bədənini zinət olmayan hicabla naməhrəmdən örtsün.
    Sual 1398: Qadınlar ayaqlarını corabla hansı həddə örtməlidirlər?
    Cavab: Əgər ayaq və onun üstü görünməsə, eybi yoxdur. Baxmayaraq ki, corabdan ayağın həcmi bilinir.
    Sual 1399: Qadınların üzlərini örtməsi vacibdirmi?                                     
    Cavab: Vacib deyil.
    Sual 1400: Hicaba kamil surətdə riayət etməmək birinin günaha düşməsinə səbəb olmadığı bir yerdə bədən örtülü olsa, başı da bağlamağa ehtiyac varmı? Məsələn, Avropa ölkələrində hicaba elə də əhəmiyyət vermirlər və qadının başının tüklərinin görünməsi o qədər də problem yaratmır. Quranda da buyurulur ki, kişilərin təhrik olmasına mane olmaq üçün özünüzü örtün.
    Cavab: Qadının hicabsızlığı başqalarını günaha salmasa belə, kamil surətdə hicaba riayət etməsi vacibdir. 
    Sual 1401: Qaşları aldırmaq qadın üçün zinət hesab olurmu? Onu hansı həddə örtmək lazımdır?
    Cavab: Alınmış qaşları örtmək lazım deyil. 
    Sual 1402: Üzü, əlləri və ayağın üstünü örtmək lazımdırmı?
    Cavab: Qadınlar ayaqlarının üstünü naməhrəmdən örtməlidirlər.
    Sual 1403: Öz hicabına kamil surətdə riayət etməyən naməhrəm müsəlman qadınla söhbət etmək olarmı?
    Cavab: Şəhvətli baxışla yanaşı olsa və harama düşmək qorxusu olsa, icazəli deyil.
    Sual 1404: Kafir qadının saçına baxmaq haramdırmı?
    Cavab: Şəhvətlə yanaşı olmasa, eybi yoxdur.
    Sual 1405: Hicab üçün manto və yaylıqdan istifadə etmək olarmı?
    Cavab: Maneəsi yoxdur.
    Sual 1406: Əllərə biləyə qədər və üzə sadə bir bəzək verilsə, iradı varmı?
    Cavab: Bəzənmiş üzü naməhrəmdən örtmək lazımdır.
    Sual 1407: Dindar və ruhani ailələri üçün islamı hicab camaatın hicabından fərqli olmalıdırmı?
    Cavab: Şəri baxımdan fərqi yoxdur, amma ailənin cəmiyyətdəki yeri və məqamı nəzərə alınmalıdır.
    Sual 1408: Qayınata və qayınana izdivacdan qabaq və ya sonra gəlini çadra atmağa məcbur edə bilərlərmi?
    Cavab: Məcbur edə bilməzlər. Amma ər öz həyat yoldaşına çadrasız olduqda evdən bayıra çıxmağa icazə verməyə bilər.
    Sual 1409: Büluğ həddinə çatmamış müməyyiz uşağın yanında hicaba riayət etmək vacibdirmi?
    Cavab: Vacibdir.
    Sual 1410: 13-14 yaşlı qohum oğlanlardan özümü qorumalıyammı?
    Cavab: Qadın gərək başının tükünü, əl və üzdən başqa bütün bədənini naməhrəm kişilərdən örtsün. Vacib ehtiyat budur ki, özünü deyilmiş qaydada büluğ həddinə çatmamış, lakin yaxşını, pisi bilən və naməhrəmin bədəninə baxdıqda şəhvəti təhrik olması güman edilən uşaqdan örtsün. Amma qadın üzünü və əllərini biləyə qədər naməhrəmdən örtməyə bilər. Amma günaha düşməsindən qorxduğu və ya naməhrəm kişini haram baxışa düçar edəcəyi təqdirdə, örtmək vacibdir.
    Sual 1411: Universitetin dərs otağında qızlar, oğlanların yanında otura bilərlərmi?
    Cavab: Şəri hədləri örtməklə, eybi yoxdur.
    Sual 1412: Qadın aptekdə dərman hazırlaya bilərmi? 
    CavabHicab və şəri meyarlara riayət etməklə, olar.
    Sual 1413Qız hansı yaşlarında hicabsız ola bilər? 
    CavabQəməri tarixi ilə 9 yaşı tamam olmazdan qabaq. 
    Sual 14141.Kamil hicab olmadan şəkil çəkdirmək olarmı?
    2. Naməhrəmin şəklini çıxartdırmağın hökmü nədir? 
    Cavab1. Öz-özlüyündə eybi yoxdur.
    2. Şəkil sahibini tanımasa və şəhvətlə yanaşı ona baxmasa, eybi yoxdur.
    Sual 1415: Namaz çadrasının altından bədənin kölgəsinin görünməyinin iradı varmı? Adi namaz çadralarının qalınlığı bir həddədir ki, azca bədənin kölgəsi bilinir.
    Cavab: İradı vardır.
    Sual 1416: Qadın süni saçlarını - istər parik olsun, istərsə də yapışdırılmış tük - naməhrəmdən örtməyə bilərmi?
    Cavab: Zinət olsa, gərək örtsün.
    Sual 1417: Əgər qadın naməhrəmin ora gəlməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq istəsə, hicablı olması vacibdirmi?
    Cavab: Namaz qıldıqda hicablı olmaq, naməhrəm olmasa belə, vacibdir.
    Sual 1418: Yanaqları hansı həddə qızartmaq olar? Qaşları götürdükdə vəzifə nədir? Çənənin altını, üzün qıraqlarını örtən və yuxarıdan qaşların üstünə qədər gələn qara məqnəə və enli qara manto geyilsə, hicaba riayət olunmuşdurmu? Məqnəə və manto rəngli olsa, iradı varmı?
    CavabKamil hicab budur ki, başın tüklərini və bədənini tamamilə örtsün və özü zinət hesab olmasın, qadının bədən çıxıntılarını bildirməsin. Üzü və biləyə qədər əlləri örtmək lazım deyil. Çənə və adətən məqnəənin örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil. Üz və qaşlar alındıqda onları örtmək lazım deyil, amma zinətlə bəzənilsə, örtmək lazımdır.
    Sual 1419: Əgər qadın çadra atmasa və əqd oxunmazdan qabaq da çadra atmayacağını şərt etmiş olsa, şəri hicabı riayət etdiyi surətdə ər onu çadra atmağa məcbur edə bilərmi?
    Cavab: Ərin belə bir haqqı yoxdur.
    Sual 1420: Şəri hicabı olan qadınlara dərs deməyin və ya onların qarşısında çıxış etməyin hökmü nədir?
    Cavab: Eybi yoxdur.
    Sual 1421: Ata-ananın büluğ həddinə çatmış övladlarını hicaba riayət etməyə vadar edə bilmək haqları varmı?
    Cavab: Haqları vardır. Amma bu işdə vurmaq və onun kimi metodlardan istifadə edə bilməz. 
    Sual 1422: Dostlarla bir yerdə olduqda hicabsız və ya təkcə baş örtüyü olmadan şəkil çəkdirmək olarmı? Əgər dostlar şəkli naməhrəmə göstərməməklərinə söz versələr, amma sonradan onu naməhrəmə göstərsələr, buna diqqət etməklə ki, dostun sözünə etimad edilmişdir, bunun günahı kimin öhdəsindədir?
    Cavab: Qeyd olunan surətdə şəkil çəkdirməyin öz-özlüyündə eybi yoxdur və günah, onu naməhrəmə göstərən şəxsin öhdəsindədir.
    Sual 1423: Bəzi müsəlman hicablı qadınlar çənə və çənənin altından bi qədərini açıq qoymağa adət etmişlər, amma boğaz hissəsini örtürlər. Bu icazəlidirmi? Üzdən hansı hissəni açıq qoymaq olar? Qulaqları örtməmək olarmı?
    Cavab: Üz, qulaqlara şamil olmur, ona görə də onları örtmək vacibdir. Amma çənə və çənənin altından bir qədər yer üz hökmündədir.
    Sual 1424: Əgər niqab və ya üzlük vurmaq bir şəhərdə qeyri-adi və camaatın təəccübünə səbəb olub, şöhrət libası hesab olsa, ondan istifadə etməmək vacibdirmi?
    Cavab: Əgər o şəhərdə niqab və ya üzlük vurmaq diqqəti cəlb etsə və ya həmin şəhərin camaatının nəzərində qeyri-adi, pis və şöhrət libası kimi cilvələnsə, ondan istifadə etməmək vacibdir.
    Sual 1425: Qadın tək, amma hicaba riayət etməklə və harama düşmək qorxusu da olmasa, naməhrəm kişidən sürücülük öyrənə bilərmi?
    Cavab: Fəsada düşməyəcəyinə əmin olduğu təqdirdə, icazəlidir.
    Sual 1426: Cavan qadın, rəngi və ya qıçı gözəl göstərən corabı hicab ünvanı ilə geyinə bilərmi?
    Cavab: Belə corabı geyinməyin eybi yoxdur. Amma zinət hesab olduqda onu naməhrəmdən örtməlidir.
    Sual 1427: Ayağı örtməsinə baxmayaraq, onun çıxıntılarını bildirən corabı geymək olarmı?
    Cavab: Belə corabı geyinmək öz-özlüyündə icazəlidir.
    Sual 1428: Mömin qadın gülərüzlülüklə, təbəssümlə və birbaşa naməhrəmlə söhbət edə bilərmi?
    Cavab: Təhrikedici olmasa, eybi yoxdur.
    Sual 1429: Qadın və kişi bir su hovuzunda üzə bilərlərmi?
    Cavab: Ər-arvad olmasalar, icazəli deyil.
    Sual 1430Qadınlarla, kişilər bir yerdə qarışıq olan su hovuzlarında ləzzət qəsdi olmadan üzmək olarmı?
    Cavab: Ehtiyata əsasən, fəsadlı yerlərə getmək mütləq surətdə icazəli deyil.
    Sual 1431: Qadın həkim, kişiləri müayinə etməyə, onlara toxunmağa məcbur olur və həkim olduğu üçün kişi həkimlərlə söhbət etməyə məcbur olur. Bunun hökmü nədir?
    Cavab: Zəruri olsa, eybi yoxdur.
    Sual 1432: Qadınların nazik və ayaq görsətən corab geymələrinin və evdən çölə və naməhrəm olan yerə getmələrinin hökmü nədir? Naməhrəm olan yerdə başın tükünü çadra və məqnəədən çöldə qoymağın hökmü nədir?
    Cavab: İcazəli deyil. 
    Sual 1433: Kamil hicab olduğu surətdə çadra da lazımdırmı?
    Cavab: Çadra ən yaxşı hicabdır və mömin qadınların çadrasız evdən çölə çıxmaları yaxşı deyil.
    Sual 1434Taksi və başqa ümumi nəqliyyat vasitələrində naməhrəm yanında oturmaq, əgər onların bir-birlərinə dəyməsi paltarın üzərində olarsa, icazəlidirmi?
    Cavab: Əgər şəhvətin təhrik olmasına səbəb olsa, icazəli deyil.


    Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
    Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani

     
     
    Bölmə: Risalələr / Ayətullah Sistani
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 26 Aralık 2015 06:45 | Sayt nəzarətçisi | Şərh yazdı
    Movzu gozel movzudu ehsen sene baci  suallarin her birine gozel cavablar var ama Leyla bacinin yazisi meni dahada sevindirdi ehsen sene baci cox sevindim ki senin kimi mentiqli dusunceli natiq bir bacim var cox gozel fikirlerin var ehsen sene keske hami senin kimi dusuneydi onda hec vaxt qarsimizda maniye olmazdi insAllah Agamiz gelsun bizi bu cetinlikden Allahin izniyle qurtarsin InsAllah 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 26 Aralık 2015 00:34 | Administrator | Şərh yazdı
    "Budur da sizin hicablılarınız!"... sözü necədə kinayə ilə səslənir.. Çox amma çox təəssüf ki, son vaxtlar belə insanların belə tərzdə deməsini eşitmişəm. Eləsidə var ki, kamil hicablı olanları bir yol ilə, el dili ilə desək pürçüm axtarırlar ki, bir yolla sındıra. Düzdür ki, dünya üçün yaşayanlar axirət üçün yaşayanları anlamırlar və anlamazlar taaki, hidayət olunana qədər. Bəsdir artıq bu hicaba nifrət, kin, hörmətsizlik.. Hicab izzət.. Hicab qeyrət, hicab-iffət, hicab zinət, hicab bir sözlə paklıq deməkdi. Hicab, Allahın buyuruşudur, qadının vacib əməlidir, nurudur. Əgər biri  hiylə işlədib başına bir örpək atırsa, özünü hicablı kimi görsədirsə, əsla fikirləşmə ki, budur hicablı. Bil ki, onun başındakı hicab deyil, kiminsə gözünə özünü aldadaraq pərdə çəkir. Başqa birisi hicaba layiq olmayan geyimlər geyinib, camaat arasında əxlaqa sığmayan hərəkətlər edirsə, demə ki, budur hicablı. Bil ki, o moda ilə hicabı səhv salıb və hicabın nə olduğunu da dərk etmir, yəni xəbərsizdir bu anlamdan. " Mən müasir hicablıyam" deyənlərə bir cavab yetər: Əvvəla bu əməli ilə kiməsə örnək olur daha sonra isə müasirlik-daraltmaq, qısaltmaq yox, səliqəli və kamil geyim tərzidir. Əgər həqiqi hicabın necə olduğunu bilmək istəsək, Allahın bizə göndərdiyi Qurandan üstün mənbə ola bilməz. "Nur" surəsinin 30-31-ci ayələri aydın göstəricidi. Yox, əgər hicablı bir nümunə görmək istəsək, hicaba layiq olmayan birinə baxıb "budur hicablı?!" deməkdənsə, hicaba layiq mümunə olan xanım Zəhra (s.ə) və Xanım Zeynəbi (s.ə) yada salaq ki, onlar əsl nümunədir. Həzrət Əli (əleyhissalam) buyurub: "Dünya zəhərli ilan kimidir, dərisi yumşaq olsa da içində zəhər vardır. Nadan ona yönələr, ağıllı isə ondan uzaqlaşar". Gəlin bizlər də bu zəhərli dünyada nadan olmağa deyil, yaxşını pisdən ayıra bilməyə çalışaq... İnşAllah həqiqi hicab geyinənlərimizin sayı çox olar və beləliklə zəmanəmizin İmamını Ağa Bəqiyyətullahın (ə.f) zuhurunun tezləşməsinə doğruluğa tərəf gedən əməllərimizə bir əməldə qatıb bəlkədə İmamımızın zuhurunu tezləşdirə bilərik. Bəlkədə qarşımızdakı həftənin cümə günü, hər zamanki cümə günü təbrikinə bir sevincdə daxil olar... İnşAllah. Allah razı olsun Bacı. Çox lazımlı məqalədi. Allah bu əməlinin qarşılığını dünyada gözəl imanlı günlər, axirətini isə Cənnət etsin. -Amin ya Rəbbəl aləmin..

    --------------------
    Не нравится +3 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Neyneva | Status: İstifadəçi Offline | 29 Eylül 2015 13:26 | İstifadəçi | Şərh yazdı
    Allahin Salami ve Rehmeti üzerinize olsun insallah
    Allah razi qalsin
    GÜL bacim sizden insallah cox deyerli xeberdir 
    Allah Hicab hesretini ceken butun bacilarim Hicab geymeyi nesib etsin insallah
    Gülüşümə belə Həya qatan 
    Məni "Namehrəmdən" gizləyən
    Can"HİCABIM".....Sənin adın Eşq....
    Sənin adın Sevgi...Sənin adın Ayə.....
    Başımın Üstündə Yerin var.....


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 25 Eylül 2015 18:24 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah sonsuz razi olsun cox deyerli movzudu  bacim indi oxudum Inwallah dua edin Hicabi taxib oxuduqlarimin her birine emelde ederem

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 24 Eylül 2015 15:46 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Allah baqladiqimiz hicabi qebul etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.