Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (103-104)
103. ﴿وَلَوْ أَنَّهُمْ آمَنُواْ واتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّه خَيْرٌ لَّوْ كَانُواْ يَعْلَمُونَ﴾
“Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqlarıolsaydı!”
◘Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, “ittəqunnar” özünü oddan gözləmək, “ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. “İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır.
İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: “Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir.”
1. Təkcə iman kifayət deyil. Təqva və ehtiyat da lazımdır.
2. İlahi mükafatların məhdudiyyəti yoxdur.
3. Allahın mükafatları çətindir. “Ləməsubə” sözündəki lam hərfi buna işarədir.
4. İlahi mükafat hər şeydən üstündür. “Xeyir” sözündən sonra heç nə deyilməməsi mütləq üstünlük nişanəsidir.
104. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقُولُواْ رَاعِنَا وَقُولُواْ انظُرْنَا وَاسْمَعُوا ْوَلِلكَافِرِينَ عَذَابٌ أَلِيمٌ﴾
“Ey iman gətirmiş kəslər! (Peyğəmbərə) “raina” deməyin “unzurna” deyin ("bizi nəzərdə saxla," bu tövsiyəni) eşidinvə kafirlər üçün dərdli əzab var.”
◘Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini “raina” sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, “raina” əvəzinə “unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qarşısı alındı.
◘Bu ayə “ey iman gətirənlər” müraciəti ilə başlayan ilk ayədir. Bundan sonra Quranda səksən dəfədən çox bu şəkildə xitab olmuşdur.
1. Sözlərin necə səslənməsinə diqqətli olun. Çünki yaxşı niyyətlə deyilmiş bir söz pis səslənə bilər. Sözün necə qəbul olunacağı barədə də düşünmək lazımdır.
2. Düşmən bizim bütün hərəkətlərimizi və sözlərimizi izləyir. O hər bir mümkün fürsətdən istifadə edib zərbə vurmaq istəyir.
3. İslam münasib sözlər seçməklə ölçülü bəyanata, səlis üsluba, mətləbin çatdırılmasına diqqət göstərir.
4. Böyüklər və müəllimlərlə danışarkən danışıq ədəbinə riayət olunmalıdır.
5. Əgər başqalarını ədəbə riayət etməyə çağırırıqsa, əvvəlcə özümüz xalqla danışıqda ədəbi gözləməliyik. “Ey iman gətirənlər” müraciəti möhtərəm bir xitabdır.
6. Bir şey qadağan olunursa, onun yerinə digər bir münasib şey tanıtdırılmalıdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |