“Bəqərə” surəsi (8-ci hissə)
﴿وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ﴾
“Xalqın arasında belə deyən bir dəstə var: “Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar imangətirməmişlər.”
Nöqtələr
◘Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra siçovuluna bənzəyir. Həmin siçovul yollardan birini get-gəl üçün açıq qoyur, digərini təhlükəli məqamlar üçün ehtiyata saxlayır. Bu siçovulun yuvasından açdığı məxfi dəliyə, “nafiqa” deyilir. “Münafiq” sözü də həmin “nafiqa” sözündən alınmışdır.
Bildirişlər
1. İman qəlbə aid bir məfhumdur və onun insanın izharı ilə əlaqəsi yoxdur.
2. İmanın əsasını Allah və axirətə inam təşkil edir.
3. Allah insanın batinindən xəbərdardır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti