Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
“Bəqərə” surəsi (9-cu hissə)
﴿يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ﴾
“Münafiqlər elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadırlar və bunu daanlamırlar.
Nöqtələr
◘“Şüur” “şər” شعر)) kökündəndir və “tük” mənasını daşıyır. Dəqiq, tükü-tükdən seçən insan dərrakə və şüur əhlidir. Bəli, münafiq elə güman edir ki, başqalarını aldadır. Çünki onun düzgün dərrakəsi yoxdur. (“La yəşurun”)
◘Münafiqlərin hiylə və məkri dedikdə, onların Allah hökmlərini və ilahi dini oyuncağa çevirməsi və ya Allahın rəsulunu aldatmaq istəkləri nəzərdə tutulur. Belə ki, Allahın rəsuluna itaət və beyət Allaha itaət və beyətdir.Allahın rəsuluna qarşı hiylə Allaha qarşı hiylə sayıldığından, dinlə bu sayaq məsxərəbazlıq insanın özünü aldatmasıdır. Təsəvvür edin ki, xəstə, həkimin yazdığı dərmanları qəbul etmədiyi halda “qəbul etdim” deyir. Belə bir xəstə həkimi aldatdığını düşünür. Əslində isə onun həkimi aldatması özünü aldatmasıdır.
◘Münafiq İslamla necə rəftar edirsə, İslam da münafiqlə elə rəftar edir. O, İslamı zahirən qəbul etdiyi kimi, İslam da onu zahirən müsəlman sayır. O qəlbən kafir olduğundan Allah onu qiyamətdə kafirlərlə birlikdə məhşur edir.
◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə oxuyuruq: “Riyakarlıq Allaha qarşı hiylədir.”
◘Quran bildirir ki, insanın yaxşı və pis əməlləri onun özünə qayıdır. Necə ki, uyğun ayədə buyurulur: “ Dinə qarşı hiylə, Allaha qarşı yox, insanın özünə qarşı hiylədir.” Başqa bir yerdə isə belə buyurulur: “Əgər yaxşılıq etsəniz, özünüzə etmişsiniz, əgər pislik etsəniz, yenə özünüzə etmisiniz.” Digər bir yerdə isə belə buyurulur: “Bəd hiylə yalnız onu quraşdıranı bürüyər.”
1. Hiyləgərlik nifaq nişanəsidir.
2. Münafiq daim kiməsə zərbə vurmaq fikrindədir. Ayədə işlədilmiş “xüdə” خدعه sözü zərbə vurmaq məqsədi ilə bir işi gizlədib, başqa birini izhar etməkdir.
3. Hiylənin zərbəsi hiylə sahibinə qayıdır.
4. Münafiq şüursuzdur. O anlamır. Bütün iç sirlərdən xəbərdar olan Allahla hesablaşasıdır.Həmin Allah qiyamət günü onun işlərinin üstündəki pərdəni qaldırasıdır.
5. Xüdə və hiylə ağıl və şüur əlaməti deyil. Rəvayətdə buyurulur ki, həqiqi ağıl vasitəsi ilə insan Allaha bəndəlik edir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |