![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

“Bəqərə” surəsi (15-ci hissə)
﴿اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ﴾
“Allah da onlara istehza edər və o qədər möhlət verər ki, öz zəlalətləri içində avara qalsınlar.”
◘“Yəməhun” sözü “əmə” sözündəndir. “Əma” isə “əmə” sözündən fərqlənir. “Əma” zahiri kora, “əmə” isə batini kora deyilir.
◘İmam Riza (ə) bu ayənin təfsirində buyurur: “Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.” Allah münafiqləri öz tüğyanları içində özbaşına buraxır ki, qərq olsunlar. Qəlbin daşlaşmasından, şeytanın qələbəsindən, onun vəsvəsələrindən, günaha meyldən, ibadətə rəğbətsizlikdən, pis adamlarla yoldaşlıqdan, dünyaya baş qatmaqdan, haqdan qəflətdə qalmaqdan ağır cəza nə ola bilər?! Münafiqlər isə bütün bu cəzalara düçar olasıdırlar.
◘Münafiqlər ikili rəftar edirlər. Ona görə onlarla da ikili rəftar ediləcək. Onlar dünyada müsəlman, axirətdə isə kafir hökmündə olacaqlar.
1. Allahın cəzaları günahlara uyğun olur.
2. Münafiqlərin hiylələri möminlərə yox, Allaha qarşı yönəlmişdir. Onlar möminlərə məsxərə edir, cavablarını isə Allahdan alırlar.
3. İstehzaya cavab olaraq istehzanın eybi yoxdur. Necə ki, təkəbbür qarşısında təkəbbür göstərmək olar.
4. Allahın möhlət verməsi və çox bağışlaması insanı qürrələndirməməlidir.
5. İtaətsizlik və tüğyan məəttəlçiliyə, çaşqınlığa şərait yaradır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









