![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Bəqərə” surəsi (18-ci hissə)
﴿صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ﴾
“Onlar (haqqı eşitməkdə) kar, (haqqı deməkdə) lal və (haqqı görməkdə) kordurlar. Buna görə də (haqqa doğru) geridönməzlər.”
◘Quran bəzi peyğəmbərlərin sitayişində buyurur: “Onların əli və gözü vardır.” Məqsəd bu ola bilər ki, yalnız bütsındıran əli olanın əli, Allahı görən gözü olanın gözü var. Belə əli və gözü olmayan münafiqlər şikəst kimidirlər və bu şikəstliyə özləri səbəbkar olmuş və tanıma vasitələrini əldən vermişlər. Ona görə də münafiqlər haqqında “dərk etmirlər”, “bilmirlər”, “görmürlər”, “eşitmirlər”, “geri dönmürlər” kimi təbirlər işlədilmişdir.
◘Baxmaq bəsirət demək deyil. Quranda oxuyuruq: “Görürsən ki, sənə baxırlar. Halbuki görmürlər”, çünki onların haqqı görmək üçün bəsirət gözləri yoxdur.
◘Tanıma imkanlarından və vasitələrindən istifadədən məhrumluq süqut və insanlığın itirilməsinə bərabərdir.
◘Dünyada özünü korluğa, karlığa və lallığa qoyanın cəzası axirət korluğu, axirət karlığı və axirət lallığıdır.
Bildirişlər
1. Nifaq səciyyəsi insanı həqiqətləri və ilahi maarifləri dərk etməkdən saxlayır. (“Summun bukmun umyun”)
2. Allahın nemətlərindən haqq yolda istifadə etməyən kəs, bu nemətlərdən məhrum olmuş kəs kimidir.
3. Münafiqlərin haqqı görməməsinin iki səbəbi var: onları əhatə edən fəza qaranlıq ola bilər (“fi zulumat”) və ya bəsirət gözlərini əldən vermiş olarlar (“summun bukmun umyun”)
4. Münafiqlər inadkar və təəssübkeşdirlər. (“Fəhum la yərciun”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |