Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (17-ci hissə)
﴿مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ﴾
“Onların halı od alışdırmış şəxslərin halına bənzər. Od öz ətrafını işıqlandırdığı zaman Allah onların işığını alar və onları heç nə görmədikləri zülmətdə buraxar.”
Nöqtələr
◘Bir məsələni xalqa anlatmaq üçün misalların mühüm rolu var. Misallar, haqqında danışılan məsələni aydınlaşdırır və bu vasitə ilə yol yaxın və ümumi olur. Misal əminlik dərəcəsini qaldırır və inadkarları yerində oturdur. Quranda xeyli misallar çəkilmişdir. O cümlədən:
Haqq suya, batil isə su üzərindəki qabarcığa bənzədilir. Haqq pak, batil isə çirkin ağaca bənzədilir. Kafirlərin əməlləri bərk külək qarşısında külə oxşadılır. Bəzən də kafirlərin əməlləri ilğıma oxşadılır. Bütlər və zalım hakimlər hörümçək yuvasına (toruna) oxşadılır. Əməlsiz alimlər kitab daşıyan ulağa oxşadılır. Qeybət ölmüş qardaşın ətini yemək kimi təqdim olunur.
◘İmam Riza (ə) buyurmuşdur: (“Tərəkəhum fi zulumat”) ayəsinin mənası budur ki, Allah onları özbaşına buraxır”.
Bildirişlər
1. Münafiq nura çatmaq üçün oddan istifadə edir. Odun isə külü, tüstüsü və yandırıcı xüsusiyyəti də var. (“Nstəvqədə narən”)
2. İslam nuru aləmi əhatə edir. Bu nurun kölgəsində münafiqlərin İslam adı altında göstərmək istədikləri nur isə zəif və davamsızdır. (“Əzaət ma həvləhu”)
3. İslam nur, küfr isə qaranlıqdır.(“Zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulumat”)
4. Bir nurdan bəhrələnməyən insan müxtəlif zülmətlərdə qalasıdır. (“Binurihim... fi zulumat”) (“Nur” sözü tək, “zulumat” sözü isə cəm haldadır.)
5. Münafiqlərin planları və qurğuları Allahın iradəsi ilə yarımçıq qalır. (“Zəhəbəllahu binurihim”)
6. Münafiqlərin müqabil tərəfi Allahdır. (“Zəhəbəllahu binurihim”)
7. Münafiqlərin aqibəti və gələcəyi qaranlıqdır. (“Fi zulumat”)
8. Münafiqlər qorxu və iztiraba düçar halda uzun müddətli qərarlarında dolaşmışlar. (“Fi zulumatin la yubsirun”)
9. Bəzən başlanğıcda iman həqiqi olur. Amma insan zaman ötdükcə çaşqınlığa meyl edir və münafiqə çevrilir. (“Nurihim” sözündən görünür ki, onların nuru olmuş, amma həmin nura tərəf dönməmişlər.”)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |