Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (20-ci hissə)
﴿يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Az qalır şimşək onların gözünün nurunu alsın. Şimşək parladıqda yeriyir, qaranlıq düşən kimi dayanıb dururlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.”
Nöqtələr
◘Münafiqlərdə nurani dəlilləri və ilahi ayənin şöləsini görməyə güc yoxdur. Onlar biyabanda ildırımın işığından gözü qamaşan və yalnız bir neçə addım ata bilən müsafir kimidirlər. Münafiqlər İslam cəmiyyətində bir neçə addım ata bilsələr də, hansısa hadisələr səbəbindən yenidən dayanırlar. Onlar öz daxili fitrət çıraqlarını söndürmüşlər və xarici güclərdən nur intizarındadırlar.
◘“Allah hər şeyə qadirdir” dedikdə mümkün işlər nəzərdə tutulur. Məsələn, bir şəxsin riyazi biliyini tərif ediriksə, bu o demək deyildir ki, o, ikinin üstünə iki gələndə beş ala bilər. Belə bir nəticə qeyri-mümkündür. İkini ikiyə əlavə etdikdə beş ala bilməməsi riyaziyyatçının qüdrətsizliyi deyil. Bəziləri imamdan soruşdular: “Allah yer kürəsini yumurtanın içində yerləşdirə bilərmi?” İmam əvvəlcə onlara qənaətbəxş bir cavab verərək bildirir ki, gözün giləsi ilə əzəmətli səmanı görürük. Sonra həzrət buyurur: “Allah qadirdir. Amma sizin təklifiniz qeyri-mümkündür. Qeyri-mümkün bir məsələni həll etməyən riyaziyyatçının qüdrəti bu istiqamətdə münasib misaldır.
Quranda münafiqlərin siması:
Bildirişlər
1. Münafiq, öz hərəkət yolunda tərəddüddədir. (“Əzaə ləhum məşəv, əzləmə ələyhim qamu”)
2. Münafiq başqalarının nuru işığında hərəkət edir. (“Əzaə ləhum”)
3. Münafiq yol verdiyi əməllərə görə hər an Allahın qəzəbinə düçar ola bilər. (“Və lov şaəllahu ləzəhəbə bisəmihim”)
4. Hamıya azadlıq vermək Allahın qaydasıdır. Əks-təqdirdə, Allah münafiqləri kar və kor edərdi.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |