Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (55 və 56-cı hissə)
55﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ﴾
“(Yada salın,) o zaman ki, dediniz: “Ey Musa, Allahı aşkar görməyincə, sənə iman gətirmərik. Beləcə, tamaşa etdiyiniz halda şimşək sizi bürüdü.”
Nöqtələr
Həzrət Musanın qövmü iki dəstəyə bölündü:
a) Seçilmiş bir qrup Musa ilə birlikdə münacat və Allahın kəlamını eşitmək üçün Tur dağına getdi. Amma Allahla Musanın söhbətlərini eşitdikləri zaman dedilər: “Haradan bilək ki, bu, Allahın səsidir? Allahı qəbul etmək üçün Onu hökmən gözümüzlə görməliyik.”
b) Digər bir dəstə Harunla qaldı. Amma həzrət Musa olmayan bir vaxtda onlar buzovpərəst oldular. Qur’anda Allahı görmək tələbində olanlar haqqında buyurulur: “Onları zəlzələ bürüdü.” Bəlkə də bu ayədə xatırladılmış şimşək zəlzələ ilə müşayiət olunmuşdur. Onlar bu şimşəklə dünyalarını dəyişdilər. Çünki növbəti ayədə belə buyurulur: “Sizi öldükdən sonra ikinci dəfə dirildərik.”
◘Sual verənlər eyni ruhiyyədə deyildilər. Həm Musa, həm də xalq Allahla görüşmək istəyində idi. Musa xalqın nümayəndəsi olaraq ədəblə dedi: “Məni görün” Amma Musanın qövmü təkəbbürlə dedi: “Biz Allahı aşkar görməyincə Ona iman gətirmərik.” Ona görə də Allah Musanın cavabında belə buyurdu: “Sən məni heç vaxt görməyəcəksən.” Sonra ilahi qəzəb həmin qövmü bürüdü.
◘Bu ayə İslam peyğəmbərinə təsəlli verir ki, xalqın yersiz istəklərinə görə nigaran olmasın. Çünki xalq Musadan daha təhlükəli şeylər istəmişdi.
Bildirişlər
Keçmişdəkilərin inadkarlıq, ədəbsizlik, yersiz tələblər aqibətindən ibrət götürün.
Bir qrup üçün məntiq, dəlil və moizə kifayətdir. Amma digər bir qrup üçün qəhr və qəzəb lazım gəlir.
Əgər Allah gözə görünmürsə, Onun əsərləri gözə görünür. Nə üçün bu əsərləri görməklə iman gətirmirsiniz?
56﴿ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“Sonra sizi yenidən diriltdik. Bəlkə, Ona şükrü yerinə yetirəsiniz.”
Nöqtələr
Şimşəkdən öldürülmüşlərin yenidən dirildilməsi həzrət Musanın pərişanlığı, nigarançılığı və duasından sonra baş verdi. İnşallah “Ə’raf” surəsində bu barədə danışacağıq.
Bildirişlər
Rəc’ət və məad mümkünsüz iş deyil. Bə’zi ölülər elə bu dünyada dirilmişlər.
Öncə çətinliklər, sonra isə qurtuluş şükür etmə ruhiyyəsinin yaranması üçündür.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |