“Bəqərə” surəsi (11-ci hissə)
﴿وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ﴾
“Onlara deyiləndə ki, yer üzündə fəsad törətməyin, deyirlər: “Həqiqətən, biz islah edənlərik.”
Bildirişlər
1. Münafiqlər nəsihət qəbul etməsələr də, onlarla danışıb, nəhy və münkər etmək daha yaxşıdır.
2. Nifaq fəsad amilidir.
3. Münafiq öz çoxüzlüyünü xalqa diqqət və islahatçılıq kimi qəbul edir.
4. Münafiq yalnız özünü islah edən kimi tanıyır. Çox ağır ruhi xəstəliyə malik olan bir adam özünü sağlam saya bilər.
5. Münafiq özünü çəkməklə xalqı alçaltmaq və pis işlərini ört-basdır etmək istəyir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti