“Bəqərə” surəsi (13-cü hissə)
﴿وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ﴾
“Onlara deyiləndə ki, başqaları iman gətirdikləri kimi siz də iman gətirin, “biz də səfehlər kimi iman gətirəkmi?”deyə cavab verirlər. Bilin ki, onların özləri səfehdir, amma bunu bilmirlər.”
Bildirişlər
1. Allah övliyalarının təbliğ və dəvəti münafiqlərə təsirsizdir.
2. Münafiqlərdə imtiyaz və üstünlük istəyi var.
3. Möminləri təhqir etmək münafiqlərin üsullarındandır. Onlar elə düşünürlər ki, iman gətirib Allaha təslim olmaq ağılsızlıq nişanəsidir.
4. Müsəlmanlar ayıq olmalı və onların yalanlarına aldanmamalıdırlar.
5. Quran dilində haqqa təslim olmamaq səfehlikdir.
6. Münafiqin təkəbbürlü qüruru sındırılmalı və ona eyni şəkildə cavab verilməlidir.
7. Münafiqin yalan çöhrəsinin ifşası İslam cəmiyyəti üçün zəruridir.
8. Dərdlərin ən pisi həmin dərddən xəbərsizlikdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti