![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
“Bəqərə” surəsi (91-92)
91. ﴿وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərinitəsdiqedir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”
1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu.
2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür.
3. İman ölçüsü irq və millət yox, ayinlərin haqq olmasıdır.
4. Quran başdan-başa həqiqətdir.
5. Peyğəmbər dövründəki yəhudilər öz babalarının rəftarı ilə razı olduqlarından, peyğəmbərlərin öldürülməsini Allah onlara da aid etmişdir.
6. Yalançı rüsvaydır.
(Əgər Bəni-İsraildən olan peyğəmbərə iman gətirmişdilərsə, nə üçün həmin qövmdən olan Yəhya və Zəkəriyyanı şəhid etdilər?! Bəli, onların rəftarı imansızlıqlarının nişanəsi idi.)
92. ﴿وَلَقَدْ جَاءكُم مُّوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ﴾
“Musa sizin üçün möcüzələr gətirdi. Amma siz ondan sonra (olmayanda) zülmə uğrayaraq buzova üz tutdunuz.”
◘Ayədə yəhudilərə müraciət olunur: Sizin iman gətirməmək məqsədi ilə Məhəmmədin ərəb olduğunu bəhanə gətirməyinizin digər bir dəlili budur ki, Musa sizin qövmdən olan ən üstün peyğəmbər ikən, aydın dəlillərlə və möcüzələrlə gəldiyi bir vaxt bir neçə gecəlik (Tur dağında münacata gedərkən) aranızda olmayanda buzovpərəstliyə üz tutdunuz. Musanın bütün zəhmətlərini bada verib özünüzə zülm etdiniz!
1. Düzgün mühakimə yürüdülməsində keçmişin öyrənilməsi faydalıdır.
2. Şirk və cahilliyyətə qayıdış insanın özünə və nəslinə zülmüdür.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |