Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (43 və 44-ci hissə)
43. ﴿وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ﴾
“Namazı bərpa edin, zəkat ödəyin və rüku edənlərlə birlikdə rüku edin.”
Bildirişlər
1. İmana dəvətdən sonra saleh əmələ dəvət gəlir.
2. Yəhudilərin ayinlərində də namaz və zəkat olmuşdur.
3. Namaz, Allahın xalqına yardım və zəkat yolu ilə Allahla rabitə müqəddəs üçbucaqdır.
4. Əsl namaz göstərişi cəmiyyətlə olan namazdır. Dinin əsasını cəmiyyətdə iştirak və guşənişinlikdən uzaqlıq təşkil edir.
44. ﴿أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ﴾
“Xalqı yaxşılığa dəvət edib, özünüzü unudursunuzmu? Halbuki siz (səmavi) kitabı oxuyursunuz. Məgərdüşünmürsünüz?”
Nöqtələr
◘Yəhudi alimləri İslam peyğəmbərinin besətindən qabaq xalqı son peyğəmbərə iman gətirməyə çağırırdılar. Onlar növbəti peyğəmbərin zühuru ilə xalqa müjdə verirdilər. Amma peyğəmbər zühur etdikdə alimlər özləri iman gətirmədilər. Onlar İslamı qəbul etmiş yaxınlarına müsəlman qalmağı tövsiyə etdikləri halda özləri müsəlman olmurdular.
Rəvayətdə buyurulmuşdur: “Başqalarını behiştə dəvət edib, özü cəhənnəm əhli olan alim ən böyük və çətin həsrətləri çəkəcəkdir.”
Tilavətin (burada: dəvət) haqqı əməldir. İmam Sadiq (ə) buyurmuşdur: “Xalqı təkcə sözlə yox, həm də öz əməllərinizlə dəvət edin.” Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: “And olsun ki, öncə özüm bir işi görməmiş sizi ona dəvət etmirəm. Özüm öncə bir işi tərk etməmiş sizi həmin işi tərk etməyə çağırmıram.
“Nəhcül-bəlağədə” buyurmuşdur: “Özünü başqalarına imam qərar verən kəs əvvəlcə özünü tərbiyəyə başlamalıdır.”İmam Kazim (ə) buyurmuşdur: “Dediyinə əməl edən alimlərə salam olsun. Vay olsun təkcə danışan alimlərə.”
Əməlsiz alim təmsil dilində:
a) Quranda əməlsiz alim kitab yükü daşıyan ulağa bənzədilir. Bu ulaq daşıdığı yükdən faydalanmır.
b) Rəvayətlərdə bildirilir:
–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim elə bir çırağa bənzəyir ki, özü yanır, nuru isə xalqa çatır”.
–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim kamansız ox atana bənzəyir.”
–Həzrət İsa: “Əməlsiz alim evin damına qoyulmuş çırağa bənzəyir. Bu evin otaqları qaranlıqdır.”
–Həzrət Əli (ə): “Əməlsiz alim səmərəsiz ağac, infaq olunmayan xəzinə kimidir.
–İmam Sadiq (ə): “Əməlsiz alimin moizəsi baş üzərinə yağan yağış tək qəlblərə nüfuz etməz.”
v) Alimlərin dilində:
–Əməlsiz alim xəzinə üstə yatmış aca, bulaq başında oturmuş təşnəyə, dərddən nalə çəkən təbibə, daim dərman nüsxəsini oxuyub onu qəbul etməyən xəstəyə, sözü əməlindən fərqlənən münafiqə və cansız cəsədə bənzədilmişdir.
Bildirişlər
1. Yaxşı işə dəvət edən kəs özü yaxşı işləri ilə tanınmalıdır.
2. Əgər unutqanlığımızın müqəddiməsini özümüz yaratmışıqsa, heç bir üzrümüz yoxdur. Yalnız unutqanlığında günahı olmayan kəsin üzrü qəbuldur.
3. Səmavi kitabı tilavət etmək (oxumaq) kifayət deyil. İlahi kəlamları düşünmək lazımdır.
4. Unutqanlıq özü də düşüncəsizlik nişanəsidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |