Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (83-84)
83. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلاَّ قَلِيلاً مِّنكُمْ وَأَنتُم مِّعْرِضُونَ﴾
“(Xatırlayın, bir vaxt Bəni-İsraildən əhd aldıq ki, yeganə Allahdan başqasına pərəstiş etməyin, ata-ananıza, qohumlarınıza, yetimlərə və binəvalara ehsan edin, xalqla xoş dillə danışın, namazı bərpa edin və zəkat ödəyin. Ammasiz, - bir qisminiz istisna olmaqla - boyun əymədiniz və üz döndərdiniz.”
◘“Ehsan” yaxşılıqla bağlı ən yığcam və ən əhatəli sözdür. Valideyn fəqir olduqda ona maddi, varlı olduqda isə mənəvi ehsan edilir. Eləcə də yetimə ehsan onu ədəbləndirmək, haqqını qorumaq, məhəbbət göstərmək və təlim verməkdən ibarətdir.
Bütün dinlərin əsası eynidir. Çünki bütün bu ölçülər İslamda da var.
1. Allah əql, fitrət və vəhy yolu ilə xalqdan əhd almışdır.
2. Tövhid peyğəmbər məktəbinin sərlövhəsidir. Onun ardınca saleh işlər gəlir.
3. Tövhidlə bərabər valideynə ehsan da açıqlanılır.
4. Valideynə kiminsə vasitəsi ilə yox, birbaşa ehsan olunmalıdır. mətnin “bil-validəyni” sözünün önündəki “ba” şəxsən görüşmək mənasındadır.
5. Ata-anadan birinə meyl qadağandır.
6. Əvvəlcə ehtiyaclı qohumlara, sonra başqalarına baxmaq lazımdır. Əlbəttə ki, qohumlar arasında da əvvəlinci-sonuncu məsələsi var.
7. İnsan ədəblə və minnət qoymadan ehsan etməlidir. Ehsan etmək tapşırığı ilə yanaşı, yaxşı rəftar göstərişi də verilmişdir.
8. Əgər hamıya ehsan etməyə gücün çatmasa da, hamı ilə xoş danışmağa gücün çatar.
9. Yalnız müsəlmanlarla yox, bütün insanlarla yaxşı rəftar edib, xoş danışmaq lazımdır.
10. Zəkat ödəməkdən əlavə, imkansızlara və yetimlərə ehsan da zəruridir. Ayədə həm zəkatdan, həm də miskinlərə ehsandan danışılır.
11. Namaz və Allahla rabitə zəkat və fəqirlərlə rabitədən ayrı deyil.
12. Digər dinlərdə də namaz və zəkat olmuşdur.
13. Tövhidə etiqad, valideynə, yetimlərə və miskinlərə ehsan göstərişi ilə yanaşı zəkat, xalqla xoş rəftar, namaz tapşırıqları İslamın hərtərəfli bir din olmasının nişanəsidir.
14. Hüquqların yerinə yetirilməsinin dərəcə və mərhələləri vardır. Əvvəlcə Allahın, sonra valideynin, sonra qohumların, sonra məhəbbətə ehtiyaclı yetimlərin, sonra isə maddi çətinlik çəkən miskinlərin haqqı ödənməlidir.
15. Bütün etiqadi, əxlaqi və fiqhi hökmlər Allahın insanla əhdidir. “Əhd” (“misaq”) sözünün ardınca tövhid əqidəsi, valideynə ehsan, namaz və zəkatdan danışılmışdır.
84. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ﴾
◘Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, “Maidə” surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Ayədə buyurulur: “Bəni-İsrail üçün yazdıq ki, hər bir şəxs dəlilsiz və günah üzündən kimsəni öldürsə, sanki bütün xalqı öldürmüşdür.”
◘Yaşamaq haqqı insanın ilkin haqqıdır. İnsanı öldürmək kəbirə (böyük) günahlardandır. “Nisa” surəsinin 93-cü ayəsində oxuyuruq: “Hər kəs azad şəkildə və bilərəkdən bir müsəlmanı öldürsə, həmişəlik cəhənnəmdədir və Allahın qəzəbinə düçardır.” Eləcə də, “Maidə” surəsinin 32-ci ayəsində bir nəfəri heç bir dəlil olmadan öldürmək bütün xalqı öldürməyə bərabər sayılır. Hədisdə isə belə buyurulur: “Öldürülənin bütün günahları qatilin boynunadır.” Başqa bir hədisdə belə nəql olunmuşdur: “Əgər səmaların və yerin bütün əhli bir nəfərin qətlində şərik olsa, hamısı cəhənnəmə düşəcək.”
◘Zalım hakimlərin yolu budur ki, öz mövqelərini möhkəmləndirmək üçün qalalar və saraylar tikir, xalqı avara qoyub onları incidir, alçaldırlar. Hansı ki, borc sahibi öz borclusuna evini satdıra bilməz, bir şəxs məsciddə yer tutsa, kimsə həmin yerdə namaz qıla bilməz. Hər kəs başqa birindən qabaq, iş, ibadət və ya əkin üçün bir yer seçsə, kimsənin ixtiyarı yoxdur ki, ondan qabağa keçsin.
◘“Özünüz iqrar etdiniz və özünüz şahidsiniz” cümləsi ilə peyğəmbər dövründəki yəhudilərin tənqid olunması onların əcdadlarının əməllərinə görə idi. Bəli, hər kəs keçmişdəki şəxsin və ya qövmün işi ilə razılaşsa, onun şəriki sayılır.
1. Mühüm işlərin icrasından arxayın olmaq üçün sifariş və əmr kifayət deyil. Əminlik üçün əhd almaq lazımdır.
2. Ruhun və cismin əmin-amanlığı bütün ilahi məktəblərin sifarişidir.
3. Vətənə bağlılıq fitri və təbii haqdır. Bu haqqı tapdamaq aşkar zülmdür.
4. Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzaları kimidir. (“Dimaəkum” və “Ənfusəkum” kəlmələrindən anlaşılır ki, bir nəfəri öldürmək və ya ixrac etmək insanın özünü öldürməsi və ixrac etməsi kimidir.) Sədi deyir:
Bir-birinin əzasıdır hər adəm,
Bütün bəşər yaranmış bir gövhərdən.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |