![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
“Bəqərə” surəsi (97-98)
97. ﴿قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ﴾
“(Yəhudilər deyirlər: “Sənə vəhy gətirən mələk bizim düşmənimiz Cəbrail olduğundan sənə iman gətirmirik.) De ki, hərkəs Cəbrailin düşməni olsa (əslində Allahın düşmənidir), çünki o, Quranı Allahın göstərişi ilə sənin qəlbinənaziletmişdir. Bu (Quran) ki, əvvəlki səmavi kitabları təsdiq edir və möminlər üçün hidayət və bəşarət mayasıdır.”
◘Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərindən bir qrupu ilə Peyğəmbərin (s) yanına gəlib, suallar verdilər. Həzrət onların bütün suallarını cavablandırdı və istədikləri nişanələri bəyan etdi. Onların son sualı bu idi ki , vəhy mələyinin adı nədir? Həzrət bildirdi ki, bu mələyin adı Cəbraildir. Onlar dedilər: “Əgər Mikail olsaydı, sənə iman gətirərdik. Cəbrail isə cihad kimi çətin əmrlər gətirir. Mikailin gətirdiyi əmrlər isə sadə və rahatdır.”
1. İnsanın xəyalbazlığı və inadkarlığı elə bir həddə çatır ki, mələklər aləminə də əl uzadır. (Allah isə mələklərin məsum olduğunu bildirir.)
2. Böhtan atılmış pakların himayə və müdafiəsi vacibdir.
Allah yəhudilərin Cəbrail haqqındakı yanlış təsəvvürlərini məhkum edərək, Cəbraili belə tərif edir ki, o, icazəsiz iş görmür, öz risalətində əmindir və Allahla peyğəmbər arasında rabitəçidir.
3. Bəni-İsrailə deyilir ki, Cəbrail onların Tövratını təsdiq edən bir kitab gətirmişdir. Bəs nə üçün onlar Cəbraillə düşməndirlər?!
98. ﴿مَن كَانَ عَدُوًّا لِّلّهِ وَمَلآئِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ﴾
“Hər kəs Allahın, Onun mələklərinin və peyğəmbərlərinin, Cəbrail və Mikailin düşməni olsa (kafirdir və bilin ki, Allahkafirlərin düşmənidir.)”
1. Bütün müqəddəsliklərə iman və sevgi zəruridir.
2. Peyğəmbərlər və övliyalarla düşmənçilik Allaha qarşı küfr və düşmənçilikdir.
3. Bütün mələklər eyni dərəcədə deyil. (Burada iki xüsusi mələk, Cəbrail və Mikailin adı çəkilir.)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |