![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
“Bəqərə” surəsi (99-100)
99. ﴿وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلاَّ الْفَاسِقُونَ﴾
“Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.”
◘İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: “Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.
◘Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: “Sənə Mikail yox, Cəbrail vəhy gətirdiyi üçün biz də sənə iman gətirmirik.” Amma onun cavabı əvvəlki ayədə verildiyindən İbn Surya yəhudilərin avamlarına müraciət edir ki, o, aşkar bir dəlil gətirməmişdir. Ayə nazil oldu ki, məbada İbn Surya kimi alimlərin bəhanəçiliyi xalqı çaşdıra. Xalq bilməlidir ki, Bəni-İsrail bəhanə axtarır. Əslində isə aydın və möhkəm dəlillər göndərilmişdir və kimsə həzrətin peyğəmbərliyinə şübhə edə bilməz. Belə dəlillər gətirildiyi halda yalnız günahkarlar həvəsbazlıqları və günahlarının çoxluğu səbəbindən küfr edir, haqq yoldan çıxırlar.
1. Haqsız ittihamlar qarşısında mövqelər gücləndirilməlidir. Yəhudi alimləri həzrət Peyğəmbəri (s) haqsız yerə ittiham və onun möhkəm dəlili olmadığını bəhanə etdiklərindən Allah öz peyğəmbərini gücləndirdi.
2. Fəsad və günah küfr zəminəsidir.
100. ﴿أَوَكُلَّمَا عَاهَدُواْ عَهْداً نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم بَلْ أَكْثَرُهُمْ لاَ يُؤْمِنُونَ﴾
“Məgər belə olmadımı ki, onlar (yəhudilər) hər dəfə əhd bağladıqda bir dəstələri bu əhdi pozdular. Həqiqət budur ki, onların çoxu iman gətirməz.” (Ayə yəhudilərin tarix boyu əhdi pozduqlarını, bəhanə gətirdiklərini, inadkarlıqgöstərdiklərini bildirməklə həzrət Peyğəmbərə təsəlli verir.)
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |