Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (89-90)
89. ﴿وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ﴾
“Allah tərəfindən onlara bildikləri nişanələri təsdiqləyən kitab gəldi. Bundan qabaq özlərinə ümid verirdilər ki, (yenikitabvə peyğəmbərin köməyi ilə) düşmənlərə qalib gələrlər. Amma elə ki, əvvəlcədən tanıdıqları onlara üz tutdu, onakafiroldular. Allahın lənəti olsun kafirlərə!”
◘Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiqin (ə) buyruğuna görə, onların Mədinədə qalmasının dəlillərindən biri bu şəhərin peyğəmbərin hicrət yeri olacağını bilmələri idi. Bu səbəbdən də Mədinədə sakin olmuşdular. Amma İslam peyğəmbəri zühur etdikdən sonra Tövratda qeyd olunmuş nişanələri görsələr də, küfrə uğradılar.
1. İlahi dinlər bir-birlərinə qarşı çıxmır, əksinə bir-birlərini təsdiq edirlər.
2. Hər xoş münasibətə etimad göstərmək olmaz. Yəhudilər illər uzunu Mədinədə yeni peyğəmbərin zühur ümidi ilə sakin olsalar da, əməl məqamında küfr etdilər. (Öz eşq və intizarınızla qürrlənməyin. Əməl məqamı çatdıqda insanın halı dəyişə də bilir. Allah eləməmiş bu gün “Nüdbə” duası oxuyasan, sabah isə...)
3. Haqqı tanımaq və onu bilmək kafi deyil. Çoxları haqqı tanıdıqları halda inadkarlıqları səbəbindən kafir oldular.
90. ﴿بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ﴾
“Nə pisdir o şey ki, özlərini ona satdılar. Həsəd səbəbindən Allahın göndərdiyi ayələrə kafir oldular. (Dedilər) NəüçünAllah fəzlini bəndələrindən istədiyinə (ayələr) nazil edir? Beləcə, Allahın ardıcıl qəhrinə düçar oldular. Kafirlərüçünzəliledici əzablar var.”
Ayədə yəhudilərin İslam peyğəmbərinə qarşı küfrünün səbəbi bəyan olunmuşdur. Onlar həsəd aparırdılar ki, nə üçün vəhy Bəni-İsraildən bir kəsə nazil olmayıb. Bu həsəd və küfr onların özlərini satdığı çox pis bir qiymət idi.
1. Xalqın dininin dəyər ölçüsü onların maraqlarından asılıdır.
2. Həsəd küfr mayasıdır. Bəni-İsrail arzu edirdi ki, vəd olunmuş peyğəmbər onlardan olsun. Arzularına çatmadıqlarından həsəd göstərib küfr etdilər.
3. Peyğəmbərlik ilahi fəzldir.
4. İnsanın narazılığı Allahın hikmət dolu lütflərinə təsir göstərmir. Allah kimi peyğəmbər seçəcəyini daha yaxşı bilir.
5. Ən pis müamilə odur ki, insan varlığını verib Allahın qəzəbini alsın.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |