Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Bəqərə” surəsi (79-80)
79. ﴿فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ﴾
“Vay olsun o kəslər ki, öz əlləri ilə bəzi mətləbləri yazıb sonra deyərlər: “Bu, Allah tərəfindəndir!” Bununla azca puləldə etmək istəyərlər. Vay onların halına öz əlləri ilə yazdıqlarından dolayı! Vay onların halına bu yolla ələgətirdiklərindən dolayı!”
◘Bu “vəylun” (vay olsun) sözünün üç dəfə işləndiyi yeganə ayədir. Bu ayədə dünyapərəst alimlərin təhlükəsi bəyan olunur.
1. Din çıxarmaq bəşər tarixinin təhlükəli cərəyanlarındandır.
2. Bidət, din çıxarmaq, din satmaq, xalqı çaşdırmaq günahkar alimlər tərəfindən cəmiyyəti hədələyən təhlükələrdir.
3. Zəhərli, təhrifçi və bidətçi qələmlərə, kitablara və məqalələrə nəzarət edin. Hər alimə etimad göstərməyin.
4. Xalq fitri olaraq dinə bağlıdır. Ona görə də fırıldaqçılar öz sözlərini din və məzhəb pərdəsi altında xalqa qəbul etdirirlər.
5. Bidət və iftira səbəblərindən biri dünyanı əldə etmək arzusudur.
6. Ən pis qazanc dini satmaqla əldə olunan qazancdır.
7. Əzabların ən ağırı xalqın düşüncə və etiqadına xəyanət edənlərin payına düşür.
8. Bidət nəticəsində tarixdə baş verən istənilən bir azğınlığın günahı bidətçinin boynunadır.
80. ﴿وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ﴾
“(Yəhudilər) dedilər: “Cəhənnəm odu yalnız bir neçə məhdud gün bizə çata bilər.” De ki, yoxsa Allahdan bir əhdalmısınız? Əlbəttə, Allah heç vaxt öz əhdinə xilaf çıxmır. Ya da Allaha bir şeyi aid edirsiniz ki, ondan xəbərinizyoxdur?”
◘Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: “Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara xətt çəkir.”
1. İmtiyaz tələbi yəhudilərin xüsusiyyətlərindəndir.
2. Yersiz düşüncə və danışıqları cavabsız buraxmayın.
3. Üstünlük tələbi, irqpərəstlik, əməlsiz arzu qadağandır.
4. Qanun qarşısında hamı bərabərdir. Allah xüsusi bir qövmün nicatı üçün vəd verməmişdir.
5. Din maarifindən xəbərsizlik nəticəsində, insan xurafatları dinə aid edir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |