Yaxşı müəllimin xüsusiyyətləri
Layiqli və yaxşı müəllim odur ki, onda müəllimlik, tədris və şagirdlərlə yaxşı davranış xüsusiyyətləri olmuş olsun. Layiqli müəllim aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
Birinci: Yaxşı müəllim o kəsdir ki, istedad və qabiliyyət ələ gətirməyincə tədris kürsüsünə təkyə etməsin. Elə məqama çatsın ki, yaxşı və saleh müəllimlər onun tədrisini təsdiq etsinlər.
İkinci: Müəllim, öz rəftarı ilə elmi məqam və mənzilətinin azalıb zillətə düşməsinə səbəb olmasın. Belə ki, öz elmini, əhli olmayanın ixtiyarında qoymasın.
Üçüncü: Müəllim, sözün tam mənasında öz elminə amil olsun və vücudundan elm meyvələri asılmış olsun. Əgər belə olmasa, bu mübarək ayənin misdaqına çevriləcək. "Əhaliyə yaxşılığı əmr edirlər, lakin özlərini unudurlar.”(Bəqərə surəsi-44 )
İmam Sadiq (əleyhissalam) Quranda gələn, "Həqiqətən, Allah bəndələrindən, alimlər Allahdan qorxarlar!"- ayəsinin şərhində buyurur:
"Alim o kəsdir ki, əməli dediyini təsdiq etsin. Hər kimin əməli elmini və dediklərini təsdiq etməsə, alim deyil.”(Usul Kafi. C.1. səh. 36 )
Dördüncü: Müəllimin yaxşı rəftarı və xasiyyəti, səbr və hövsələ ilə elmini öyrətməsi zəruridir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) alimlər barəsində buyurur:
"Ümmətimin alimləri, İsrail övladlarının peyğəmbərləri kimidirlər."(Munyətul Murid. Səh. 182 ) .
Peyğəmbərlərdə yaxşı rəftar və təvazökarlıq olduğu kimi müəllimlər də beləolmalıdır.
Beşinci: Müəllim, şagirdlərə xalis niyyətləri olmaması bəhanəsi ilə elm öyrətməkdən çəkinməsin. Əksinə, onları qəbul edib, dərs zamanı yavaş-yavaş onlarda ixlas icad etsin. Əgər elm xalis niyyətlə olmasa, Həzrət Əli (əleyhissalam) dediyi kimi: "Donuzun boynuna salınmış boyunbağıya bənzəyir!"
Altıncı: Müəllim hər vaxt elm öyrənmək istəyən şəxs görsə, onu başından etməsin. İmam Baqir (əleyhissalam) dan nəql olunur ki, buyurur: "Elmin zəkatı, Allahın bəndələrinə elm öyrətməkdir.”(Usul Kafi. C.1. səh. 41 )
Yeddinci: Müəllimin hərəkət və əməlləri sözlərinin əksinə səbəb olmasın. Məsələn, bir şeyi haram bilib, ona əməl edən kimi olmasın.
Səkkizinci: Haqqı izhar etməkdə qüdrəti çatana qədər ciddi olsun və yersiz bəhsdən çəkinsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Əhali arasında bidət və batil zühur etdikdə, alimlərə lazımdır ki, öz elmini izhar etsin. Əgər belə etməsə, Allahın lənəti ona olsun!
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi