Yaxşı müəllimin şagirdlərə və sinifə görə vəzifələri
Birinci: Müəllim, şagirdlərə tədriclə ədəb və əxlaq xüsusiyyətlərini öyrədib, dini məsələlərlə tanış etməli və onlarda dünyaya qarşı zahid olmaqı anlatmalıdır.
İkinci: Elmin fəzilətlərini şagirdlərə izah etməli, alimlərin məqamlarını, peyğəmbərlərin məqamı kimi olduğunu anlatmalıdır.
Üçüncü: Müəllim, özünə rəva bildiyini şagirdlərə də arzu etsin, özünə rəva bilmədiklərini onlara da istəməsin.
Dördüncü: Müəllim, təhsil alan şagirdləri, pis əxlaqlı olmaq, harama düşmək və onların zərərinə olanlardan çəkindirməlidir.
Beşinci: Müəllim, şagirdlərin müqabilində təkəbbür göstərməməli və onlarla təvazökarcasına rəftar etsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Dərs öyrətdiyniz və dərs aldığnız şəxslərin müqabilində təvazökar olun”.
Altıncı: Müəllim, şagirdlərin rəftarına diqqət göstərsin. Hər vaxt dərsdə iştirak etməsə, bunun səbəbi ilə maraqlansın. Bəzən özü yaxud başqalarının vasitəsi ilə şagirdən xəbər tutsun. Əgər xəstələnibsə, yoxlasın. Əgər ehtiyacı varsa, onu ödəməyə çalışsın.
Yeddinci: Şagirdləri xüsusi adlarla tanısın.
Səkkizinci: Elm öyrətməkdə ən sadə yolu seçsin. Lazım olan budur ki, əvvəlcə şagirdin qabiliyyətinə uyğun dərsi anlatsın sonra ondan tələb etsin.
Doqquzuncu: Dərs otağına şövq və rəğbətlə getsin.Şagirdin onu anlaya bilməyə qüdrəti olmayan məsələlərdən çəkinsin.
Onuncu: Şagirdlərin hamısına bir gözlə baxsın. Bəzilərini digərlərinə (yersiz) üstün qərar verməsin. Əlbəttə, bu o halda olar ki, şagirdlərin hamısı eyni səviyyədə olsalar! Lakin, əgər şagirdlər arasında mərtəbə, yaş və elmi cəhətdən fərqlər olsa, üstünlərə, aşağı səviyyədə olanların təşviq olmasından ötrü daha çox ehtiram qoysun.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi