Tədris vaxtı müəllimə, aşağıdakı ədəblərə riayət etmək zəruridir Birinci: Tədrisə gələrkən, tam vüqar və heybətli olub, təmiz libas geyinsin, bədən və zahiri paklığına tamamilə riayət etməklə, dərs otağına daxil olsun.
İkinci: Tədrisə gələrkən, Allahın adını zikr etsin, Peyğəmbər və İmamlardan (əleyhimussalam) ali mənada nəql olunan dualardan oxusun. Məsələn, desin: İlahi! Məni yolumu azmaqdan, yoldan azdırmaqdan, kəc anlamaqdan və pis fikirlərdən hifz et! Öz dərsini dua etməklə başlasın.
Üçüncü: Dərs otağına girərkən hazır olanlara salam versin. Əgər dərs yeri məsciddirsə, iki rəkət "Təhiyyə" namazı qılsın və Allahdan istəsin ki, ona xətalardan nicat verib, fürsət versin.
Dördüncü: Oturarkən, ruhi aramlıq, vüqar və tam hazırlıqla keçmiş dərsin mütaliəsinə başlasın.
Beşinci: İmkan olana qədər üzü qibləyə oturub, mənasız və batil söz danışmaqdan çəkinsin.
Altıncı: Dərs zamanı yersiz zarafatlardan pəhriz etsin. Lakin, yerli-yerində azca zarafat və yaxşı lətifələrlə şagirdlərin yorğunluq və tənbəlliklərini aradan aparsın.
Yeddinci: Dərsə gələrkən, xalis niyyətdə olub öz hədəfini elmi yaymaq və İlahi hökmləri çatdırmağa yönəltsin.
Səkkizinci: Elə otursun ki, bütün şagirdlər onu görsün. Söz danışarkən diqqət nəzərini bütün şagirdlərə yönəltsin. Əgər ondan sual olunarsa, tam diqqətlə şagirdin cavabını versin.
Doqquzuncu: Dərs deyərkən, özündən şad və təbəssümlü çöhrə nişan versin.Üzünü turşudub, pis xasiyyətli olmaqdan pəhriz etsin.
Onuncu: Dərsə başlayarkən, Quran oxumaqla dərs məclisini mübarək etsin.
On birinci: Müəllimdən ötürü ən mühüm mövzu budur ki, əgər ondan sual soruşsalar və cavabını dəqiq bilməsə, tam şəhamətlə: Bilmirəm! Desin.
Həzrəti Əli (əleyhissalam) buyurur:
"Əgər bilmədiyniz bir şeyi soruşsalar, cavab verməyin. Ərz etdilər necə cavab verməyək? Həzrət buyurdu: Allah bilir! – deyin.”(Münyətül Mürid. Səh. 204 )
Diqqət etmək lazımdır ki, əgər müəllim desə ki, bilmirəm, elmindən bir şey azalmaz. Bəlkə də, əhalinin qəlbində özünə daha çox yer tapacaq. Bunu da onun dəyanət və təqvalı olmasına yozacaqlar.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi