Müəllim yaxud psixoloq?
Şagird, müəllimə bir həkim gözü ilə baxmalıdır. Həkim, dava-dərmanla xəstəni, salamatçılıq və sağlamlığa tərəf apardığı kimi müəllim də şagirdini ağıl, din və insaniyyətçilikdə sağlamlığa tərəf çağırır. Müəllim, bu yolda öyüd-nəsihət və möizə adlı şəfa dərmanlarından istifadə edir. Ona görə də şagird müəllimin sözlərinə yaxşı qulaq asmalıdır ki, elm öyrənməklə təkəbbür və qürur kimi xəstəliklərdən nicat tapsın.(Adab təlim və təəllüm dər İslam s. 333 )
Ustada hörmət, elmin məqamına hörmətdir
Qədim alimlərdən birisi müəlliminin dərsinə gedərkən yol arası fəqirə bir miqdar sədəqə verib deyir: İlahi! Müəllim və ustadımın eybini məndən gizli saxla və onun elm və biliyinnin bərəkətini məndən əsirgəmə!
Başqa alim yazır: Ustadın heybətinə xatir kitabımın vərəqəsini ahəstə çevirirdim ki, kağızın xışıltısı müəllimə əziyyət verməsin. Əlbəttə, belə işlərin riayəti o kəslərlədir ki, özlərini arif şəxslər kimi tanımış olsunlar.
Əhməd İsfahani nəql edir: Şəriklə birlikdə idim. Birdən xəlifə Əbbasinin övladlarından birisi yəni, Məhdi içəri girdi. Divara söykənib Şərikdən hədislərin biri barəsində sual etdi. Şərik cavab vermədi. Yenə də sualını təkrar etdi. Şərik, yenə dəetinasızlıq etdi.
Xəlifənin oğlu, Şərikə xitab edərək dedi: Xəlifənin oğluna hörmətsizlik edirsən? Şərik dedi: Xeyr! Lakin, Allah dərgahında elm və bilik o qədər əzəmətlidir ki, mən onu istədiyim vaxt zay edə bilmərəm. Xəlifənin oğlu qarşıya gəlib, Şərikin müqabilində ədəb dizini yerə qoydu. O zaman dedi: Elmi belə öyrənmək lazımdır!(Adab təlim və təəllüm dər İslam s. 323 )
Bəli! Həmin səbəbə görə İmam Səccad (əleyhissalam) buyurur: Şagird, müəllimin müqabilində başı aşağı və təvazökar olmalıdır. Müəllim ruhani bir ata kimi fikri və ruhi qidanı, şagirdin ixtiyarında qoyur. Ona görə də şagirdin ehtiramı ona vacibdir. Müəllim, bu qidanı eşitmək qüvvəsinin yolu ilə şagirdin ixtiyarında qoyur. Şagirdə lazımdır ki, müəlliminin sözlərinə yaxşı qulaq assın.
Şagird bilməlidir ki, müəllim onunelmi atası sayılır. Elmi atanın ehtiramı, cismi atanın ehtiramından heç də az deyildir. Bəlkə də, ondan üstün və mühümdür. O cəhətdən, şagird öz səsini müəllimin səsindən uca çıxarmamalıdır, əksinə, ustadının müqabilində söz danışmaq ədəbinə riayət etməlidir.
Şagird müəllimin eyblərini örtməkdə ciddi və onun fəzilətlərini aşkar etməkdə çox çalışmalıdır. İskəndərə dedilər:
Nəyə görə müəlliminə bu qədər ehtiram göstərib, ata- anandan da üstün bilirsən?
Cavab verdi: Müəllim mənim əbədi həyatıma səbəbdir. Halbuki, ata-ana fani dünyamın səbəbidirlər. Cəmiyyətin təkamül mərhələlərindən biri layiqli müəllimlərinin olmasıdır. Müəllimlər cəmiyyətə nicat verib, onu nadanlıq, cəhl, fikri və mədəni sitəmkarlıq və zülmkarlıq qaynağından qurtarmaqdan ötrü qiyam edir, bu yolda özünün ən böyük sərmayəsini yəni, ömrünü fəda edir. Sokrat zindana düşür. Şagirdləri döyüşənə qədər onun azadlığından ötrü çalışırlar. Lakin, o bunu qəbul etməyib, ölümü qanunsuzluq və hərc-mərcliyə müqəddəm bilir.
Sonda İmam Hüseyn (əleyhissalam)-ın adətinə işarə edirik. Əba Əbdürrəhman Süləmi, İmam Hüseyn (əleyhissalam)-ın övladlarından birinə "Həmd"surəsini öyrədir. Həzrət, o müəllimə min əşrəfi (pul vahidi), min libas əta edib, ağzını mirvari ilə doldurur. Bəziləri bu bəxşişi çox bilirlər. İmam Hüseyn (əleyhissalam) buyurur: "Bu əta müəllimin öyrətdiyi şeyin hansının əvəzidir? Quran təliminin müqabilində hər nə verilsə, yenə azdır!"(Lulu vəl-Mərcan.səh. 44 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi