» » Müəllim, yaxud Peyğəmbərlərin yolunu gedənlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müəllim, yaxud Peyğəmbərlərin yolunu gedənlər
+5
Müəllif: Yusifi Zehra | 23-12-2014, 13:00 | Baxılıb: 1 194
 
Müəllim, yaxud Peyğəmbərlərin yolunu edənlər
 
İslam dinində müəllimə və tərbiyəçiyə yüksək məqam verilmişdir. Onlar yüzlərlə, minlərlə insanın təlim-tərbiyə məsuliyyətini öhdəsinə almış, onları hər növ əqidə azğınlıqlarından qoruyub-saxlamış, insaniyyət və kamal yolunu onlara tanıtdırmışlar. Bu cəhətdən cəmiyyətdə bu pak və fədakar insanlar son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol və hədəf müqəddəs peyğəmbərlərin tutuduğu yoldur. Məhz bu səbəbdən Rəsuli Əkrəm özünü və Həzrət Əlini bu ümmətin mənəvi atası kimi tanıtdırır. Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçisidirlər. 
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”[64]
Bu hədis müəllimin və islami bir mübəlliğin məqamının atanın məqamından üstün olduğunu göstərir. Çünki Həzrətin "bizim haqqımız onların haqqından irəlidir”-kəlamının səbəbini belə bəyan edir ki, biz onları ayıldaraq düz yola hidayət edirik. Bunun mənası budur ki, hər kəs bu məsuliyyəti öhdəsinə alarsa, onun məqamı həqiqi atanın məqamından üstün və layiqlidir. Dəqiq desək, bu, səbəbi bəyan olunmuş hədisdir. Bəli, ata və analar övladların maddi ehtiyaclarının təmin olunmasında, onların qorunub-saxlanmasında özlərini məsuliyyətli bilirlər və bu yolda yalnız hərəkət edirlər, amma onların mənəvi ehtiyaclarına nisbətən az diqqət yetirirlər. Amma Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam), onların pak və məsum övladları, habelə onların yolunu gedənlər, müqəddəs dini hədəfərlə insanlara yol göstərib onların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlər daha böyük haqqa malik olmuş və indi də olmaqdadırlar. Çünki onlar şam kimi yanaraq başqalarına nur verirlər; özləri müxtəlif maddi və mənəvi, ruhi və cismi çətinlikləri canla-başla qəbul edərək başqalarını inhirafdan, azğınlıqdan, bədbəxtlikdən çıxarıb, səadətin şah yoluna, nicat yoluna çəkirlər, dini məsələləri, dini və insani həqiqətləri onlara öyrədirlər. Buna əsasən, bizim islami müəllimlərə, təbliğatçılara və hamıdan da artıq öz ata-anamızdan daha üstün olan Peyğəmbər və Məsum İmamlara ehtiram etməyə borcluyuq. Burada bir hekayəni sizə təqdim etməyi münasib görürük. Müsəlmanlarla kafirlər arasında bağlanan "Hüdeybiyyə” sülh müqaviləsindən sonra bu müqavilə Qüreyş kafirləri tərəfindən pozuldu və bunun əvəzini çıxmaq məqsədi ilə Əbu Süfyanı üzr istəmək üçün èeyğəmbərin yanına göndərdilər. Onun (Əbu Süfyanın) qızı Peyğəmbərin arvadlarından biri olduğuna görə o, qərara aldı ki, öz qızının evinə getsin. O, öz qızının evinə daxil olanda Rəsuli Əkrəmin döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq istəyəndə, Ümmü Həbibə öz kafir atası–Əbu Süfyanın onun üstündə oturmasına mane oldu. Əbu Süfyan bərk narahat olub dedi: "Qızım, bu döşəyi mənə layiq görmədin, yoxsa məni bu döşəyə layiq görmədin?” Qızı dedi: "Ata, bu döşək Peyğəmbərə məxsusdur, sən isə kafirsən. Mən kafir bir şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm.”
Diqqət yetirilməlidir ki, bu qız həmin atanın qucağında böyüyüb boya-başa çatmışdır və onun atalıq haqqı vardır. Ata-övlad münasibətləri və məhəbbəti də inkar olunası deyildir. Amma tovhid məktəbində, Rəsuli Əkrəmin evində İslam dini təlim-tərbiyəsi bütün atalıq tellərini, ata-övlad məhəbbətini kənara qoyur. O, təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur, həm də onun Peyğəmbərin döşəyinin üstündə oturmasına mane olur. Bu hədislərə və tarixi hadisələr (biz qısa olsun deyə, bunlarla kifayətlənirik) İslam əsasında əməl edən dindar müəllimlərin ehtiramının son dərəcə yüksək olduğunu bayan edir. Biz onlara hörmət göstərilməsində bacardığımız qədər çalışmalıyıq. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur ki, "müəllimə ehtiram əlaməti olaraq öz yerindən qalxıb ona təzim et!”
 
Kitabın adı: İslamda evlənmə və ailə hüququ

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 23 Aralık 2014 16:02 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim ,cox maraglidir 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.