Ümmətin fəqihləri alimlər və hədisə arif olanlardır
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və İmamların (əleyhissalam) sözlərini başa düşmək, dərk etmək və onlar barəsində mə’rifət kəsb etmək insanı yüksək məqamlara çatdırır. Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
مَن حَفِظَ مِن اُمَّتی اَربَعينَ حَديثاً ممّايحتَاجُونَ اَلَيهِ اَمرَ دِينِهِم بَعَثَه اللّهُ يومَ القيامةِ فقيهاً عالماً
«Mənim ümmətimdən hər kəs (ümmətin) dini ehtiyacları olduğu şeylərdən qırx hədis əzbərləsə Allah onu qiyamət günündə bir fəqih kimi dirildəcəkdir.»
Başqa bir hədisdə isə buyurulur: وَلَم يُعَذِّبهُ «və Allah ona əzab verməz.»
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhivə alihi və səlləm)-dən belə nəql olunur:
کُنتُ لَهُ شَفيِعاً يَومَ القيامَه
«Qiyamət günündə mən onlara (alimlərə) şəfaətçi olaramvə qiyamət günündə onlara şəfaət edərəm.»
Buna görə də o həzrət sözlərinin və rəvayətlərinin keşiyində duran şəxslər ilə əlaqədar Allah hüzurunda şəfaətçi və vasitəçi olacaqdır.
İbrətli nöqtələr:
1. İslami göstərişlərə əməl etməkdə hədislərin hifz olunması mədəni ehtiyaclara uyğun olmalıdır.
2. Fəqihlərin məqamı özünün yüksəkliyi ilə belə bu hafizlərə də şamil olur.
3. Başqa hədislərdə qeyd olunur ki, «Onlar şəhidlər, Peyğəmbərlər, salehlər və doğruçularla birlikdə məşhur olacaqlar.»
4. Alimlər həzrət Peyğəmbərin şəfaətinə şamil olacaq və onların bütün çətinlikləri o həzrətin vasitəsilə həll olunacaqdır.
5. Onlar ilahi əzabdan amandadırlar.
6. Əgər bir şəxs islam məsələləri ilə əlaqədar qırx hədis öyrənsə, sanki ilahi elmlərin sərçeşməsini tapmışdır ki, ona da fəqih və alim deyilir.
7. Yüzlərlə ayə və hədis əzbərləyən, onları ilahi hökm qalibində camaata bəyan edən şəxslərin Allah hüzurunda məqamı necə də böyükdür!
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri