Alimlər Peyğəmər (s) məqamına ən yaxın şəxslərdir
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
أقرَبُ النّاسِ مِن دَرَجَةِ النُّبُوَةِ أهلُ العِلمِ
«Camaat içərisində Peyğəmbərlik məqamına (dərəcəsinə) ən yaxın olan şəxs elm əhlidir.»
Buna görə də ilahi alimlər camaatın müxtəlif elmi, ədəbi və əməli, eləcə də məs’uliyyət qəbul etmək və insanları hidayət etmək baxımından Peyğəmbərlik məqamına ən yaxın olan şəxslərdir.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) başqa bir hədisdə buyurur:
طالِبُ العِلمِ رُکنُ الإسلاَم وَ يُعطِی أجرَهُ مَعَ النَّبيِّن
«Elm tələb edən (axtaran) şəxs islamın rüknüdür və öz əcrini Peyğəmbərlərlə birlikdə alar.»
İncə nöqtələr:
1. Bu hədisdə «alimlərin dərəcəsinin Peyğəmbərlərə yaxın olması» dedikdə onların ilahi vəzifə və məqamları, dini məs’uliyyətləridir, belə ki, alimlər Peyğəmbərlərin varisləridir, yə’ni onların risalət məs’uliyyətlərini irs aparırlar.
2. İlahi alimin təbliğinin üstünlük olmaq cəhətindən dəyəri Peyğəmbərlərin təbliği ilə bir səviyyədə bəyan olunmuşdur və bu da Allah dərgahında alimlər tərəfindən dinin yayılma məs’uliyyətini göstərir.
3. İnsanların alimlərin məs’uliyyəti qarşısında göstərdikləri qüsurlu hallar, səhlənkarlıqlar və onların yol göstərməsindən bəhrələnməmək öz ardınca çoxlu çatışmamazlıqlar gətirər.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri