İslam Peyğəmbərinin (s) nəzərində, elm ardınca olanların məqamı
Mərhum şəhid Sani, "Muniyətul-murid" kitabında çox ədəbləri nəql edir. Biz bu bəhsdə, müxtəsər nəqllə kifayətlənirik.
Allahın elm axtaran və təhsil ardınca olanlara verdiyi savab və məqama işarə etmək istərdik:
Birinci:İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər kim elm ardınca gedib elm öyrənərsə, Allah ona iki savab və iki mükafat mərhəmət edər. Hər kim elm öyrənmək ardınca gedərsə, lakin, elmdən bəhrə ələ gətirə bilməsə, Allah ona bir savab və bir mükafat əta edər.”(Munyətil Murid. Səh. 204 )
İkinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə buyurur:
"Hər kim Allah tərəfindən Cəhənnəm odundan nicat tapanları ziyarət etmək istəyirsə, alimlər və elm dalınca gedənlərə baxsın. And olsun ruhumun qəbzi, Onun əlində olan Allaha ki, alimlərin evinə elm öyrənməkdən ötrü gedən hər bir tələbəyə,
Allah-taala hər bir qədəminə görə bir ilin ibadətinin savabını yazır. Atdığı hər bir addıma görə behiştdə ondan ötrü bir şəhər tikilər. Yol getdiyi yerdə, yer ondan ötrü Allahdan bağışlanmaq istəyər. Sübh və şam, Allahın bağışlaması ilə birlikdədir. Mələklər şəhadət verirlər ki, bunlar atəşdən azad olunmuşlardır."(Munyətil Murid. Səh. 204 )
Başqa bir hədisdə Rəsul Əkrəm (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql olunur, buyurur:
"Hər kim elm ardınca gedirsə, gündüzləri oruc, gecələri isə oyaq qalıb ibadət edənlər kimidir. Elmdən öyrəndiyi hər bir fəsl ondan ötrü Əbu Qubeys dağının qızıl olub, onu Allah yolunda infaq etməsindən xeyirlidir.”(Munyətil Murid. Səh. 204 )
Yenə də İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər kim elm öyrənərkən əcəli gəlsə və vəfat etsə, əgər hədəfi İslam dinin canlandırmaqdan ötrü olarsa, Behiştdə onunla peyğəmbərlərin arasında bir dərəcə cənnət olar.”(Munyətil Murid. Səh. 204 )
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) elm tələb edənlər barəsində buyurduğu kəlamların qısası bunlardan ibarət idi.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi