Qurbanlıq, şəri və əqli bir işdir
Keçmiş bəhslərdən nəticə aldıq ki, qurbanlıq, şəri və əqli bir iş olub, İslam dininin qəbul etdiyi bir əməldir. Bu iş, ruhun paklanması və cəmiyyətin iqtisadiyyatının möhkəmlənməsində geniş rol oynayır. "İləluş-şəraye" kitabında rəvayətlərdən məlum olur ki, qurbanlığın əti təkcə fəqir və yoxsul şəxslərə verilməlidir. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur:
"Allah-taala, bu qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin.”(İləluş-Şəraye, səh.437 )
Əbi Bəsir nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim: Qurbanlığın səbəbi nədir? Buyurdu: "Qurbanlıqdan yerə tökülən ilk damcı qana görə Allah-taala, qurban kəsənin günahlarından keçir. Ona görə ki, müttəqi şəxslər Allah dərgahında müəyyən olunsun." Sonra buyurdu: "Allah-taala buyurur: Qurbanlığın əti və qanı heç vaxt Allaha çatmır. Çünki, Allahın ona ehtiyacı yoxdur. Bəlkə də, qurbanlıq insanların təqva və pərhizkarlıqlarından nişanədir." Daha sonra Həzrət buyurdu: "Görün, Allah Habilin qurbanlığını qəbul edir və Qabilin qurbanlığını necə rədd edir!”
Bu hədisdə, qurban kəsənin savab və günahlarının bağışlanmasına, həmçinin, onun ixlasına işarə olunmuşdur. Əli (əleyhissalam) buyurur:
"Əgər insanlar bilsəydilər ki, qurbanlıqda hansı əzəmət var, borc alıb qurban kəsərdilər. Həqiqətən, qurbanlıqdan yerə tökülən ilk qətrə qan zamanı Allah qurban sahibinin günahlarından keçər.”
"Vəsail-Şiə" kitabında, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in qızı həzrəti Fatimə (səlamullahi ələyha) buyurur:
"Qurbanlığını kəsən zaman onun yanında hazır və şahid ol! Çünki, qurbanlığın ilk yerə tökülən qanı zamanı günahların bağışlanmış olur." Sonra buyurur: "Bu mətləb və savab bütün müsəlmanlara aiddir.”
İmam Kazim (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Qurbanlıqlarınızı çoxaldın. Çünki, onlar sizin siratın körpüsündən keçməyinizə vəsilə olacaqlar.”(İləluş-Şəraye, səh.438, bab.179 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi