İslam və kölələrin dəyəri
İslam, köləliklə azadlıq sərhədini aradan götürüb bütün müsəlmanları qardaş edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Sizin kölələriniz qardaşlarınızdır. Allah-taala imtahan üçün onları sizin əlinizin altında qərar verib. Bəs hər kimin qardaşı onun himayəsində olsa, öz yeməyindən ona yedirdər və libasından ona geyindirər. Həmçinin, gücü çatmayandan artıq iş ondan tələb etməz. Əgər onun işi çətin olarsa, ona köməklik edər."(İslam və Hüquq bəşər. Səh. 204 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələri elə ehtiramla rəftar edirdi ki, hətta, heç kim onları kölə yaxud, kəniz deyə çağırmağa hazır deyildi. Həzrət buyurur:
"Heç kimin haqqı yoxdur ki, öz xidmətçisini, kölə yaxud, kəniz deyə çağırsın. Bəlkə də, kişi xidmətçini "cavan", qadın xidmətçini isə "xanım”- deyə çağırın!"(İslam və Hüquq bəşər. Səh. 204 )
İslam, kölələrə elə ehtiram qail olub onları əzizləyir ki, əgər birisi öz köləsinə kötək vursaydı, onu ən pis şəxs kimi tanıyardılar. Bununla da, heç kim cürət etmirdi ki, Allah bəndələrini incitsin və təcavüz əllərini onlara tərəf uzatsın. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm)belə buyurduğunu nəql edir:
"Sizə inanların ən pisindən xəbər verimmi? Əshab ərz etdilər: Bəli! Ya Rəsuləllah! Həzrət buyurur:O kimsə ki, səfərə tək çıxsın, qonaq qəbul etməsin və köləsini kötəkləsin”(İslam və Hüquq bəşər. Səh. 204 )
Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrini incidənləri ən pis insan kimi tanıtdırır.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi