Behişt ananın qədəmləri altındadır
Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Cənnət anaların qədəmləri altındadır.(Mizanul Hikmət cil 10 səh 712 )
Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir
Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana!Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördüncü dəfə buyurur: Atana yaxşılıq et!
Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları təmin edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.
Anaya xidmət yaxud döyüş cəbhəsi?
Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Ananın xidmətində ol! Cəbhəyə getməkdən savabı az deyildir!"(Mizanul Hikmət cil 10 səh 713 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi