İslam Peyğəmbərinin (s) vasitəsi ilə pis adların dəyişməsi
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) pis adları və pis yer adlarını yaxşıları ilə dəyişirdi. Hər kimin öz pis adından xoşu gəlmirdisə, ona xəcalətdən nicat verirdi. Bu barədə aşağıdakı misallara diqqət edək:
İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) pis adam və şəhər adlarını dəyişdirirdi.
Ömərin "Asiyə"(yəni, günahkar) adlı qızı var idi . İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Cəmilə" (yəni, gözəl) qoyur.
Ümmu Sələmənin qızı Zeynəbin adı əvvəlcə, "Bərrə" (yəni, yaxşı iş görən) idi. Bu addan özünü bəyənmək mənası hiss olunurdu. O qadın barəsində deyirdilər: Bu adla paklıq iddiası etmək istəyir. Əhalinin təhqir və töhmətinin qarşısını almaqdan ötrü İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Zeynəb" qoyur.
Əhməd ibni Heysəm İmam Rza (əleyhissalam) soruşur: Nəyə görə ərəblər öz övladlarına it, pələng və ona bənzər adlardan qoyurdular? Həzrət cavabında buyurur: "Ərəblər döyüş və müharibə adamları idilər. Bu adları onlara qoyurdular ki,elə ki , onları çağırırlar, düşmən qorxuya düşsün."(Kudək. Cil. 2. səh. 228)
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi