İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim qonuşsunun əziyyət çəkməsinə səbəb olsa, Allah dərgahında məlun və tərk olunmuşdur."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
Əksinə, qonşunun sevindirilməsi günahların bağışlandırılmasına səbəb olur. İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
"Hər kim dünyadan köçsə və üç qonşusu ondan razı olsa, Allahın rəhmət və bağışlamağına aid olar.(Müstədrəkül-Vəsail. C.2.səh.78. )"
Yenə də İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
"Allaha və qiyamət gününə inanan, qonşusuna əziyyət etməz."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
Başqa hədisdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
"Qonşunun qonşuya ehtiramı, övladın anaya qarşı olan ehtiramı kimidir. Sözsüz, riayət olunmalıdır”(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
İmam Sadiq (əleyhissalam) buyurur: "Bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) yanına gəlib qonşusundan şikayətlənir. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) üzünü ondan çevirir. Ərəb yenidən gəlib şikayətlənir. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a, Salmana və Miqdada buyurur: Gedin car çəkin ki, Allahın və mələklərin lənəti o şəxsə olsun ki, qonşusuna əziyyət edir."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:"Yaxşılıq etmək və yaxşı qonşu olmaq, ruzini artırar və şəhərlərin abadlaşmasına səbəb olar."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
"Fiqhur-Rza" kitabında İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qonşularına, yoldaşlarına və oturub-durduğun şəxslərə qarşı yaxşı rəftar et. Çünki, Allah-taala, qonşun barəsində səndən sual edəcək. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Allah-taala qonşular barəsində mənə elə sifariş buyurmuşdur ki, güman edirdim ki, qonşum məndən irs aparacaq."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi