Çətinlik yaradan kişilərin məzəmməti
İslam peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Hər kim zövcəsini günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarnızı vurmayın. Bəs hər kim zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə qarşı günah etmişdir.”(İrşadul Qulub. C.1.səh.175. )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:
"Hər kim dövləti çox olan halda zövcəsini çətinlikdə qoysa, bizdən deyildir.”(Müstədrəkül Vəsail.c.2.səh. 643 )
Zövcənin həyatını yaxşılaşdırmaq
İmam Səccad (əleyhissalam)-dan nəql olunur. Buyurur:
"Allah dərgahında sizlərdən ən sevimlisi onlardır ki, zövcəsinin yaşayış səviyyəsini yaxşılaşdırsınlar! "(Müstədrəkül Vəsail.c.2.səh. 643 )
İmam Rza (əleyhissalam) buyurur: "Kişiyə lazımdır ki, həyat yoldaşının yaşayış səviyyəsini yaxşılaşdırsın tainki, heç vaxt onun ölümünü arzulamasın."(Vəsail Şiə.c 15 .səh 249 )
Bura qədər bəhs olunurdu ki, kişilər arvadlarına qarşı mehriban və mərhəmətli olsunl və onlara əziyyət verməsinlər. Onları çətinliyə salmayıb, köməklik göstərsinlər. İndi də İslamdakişilərin bu xidməti müqabilində qadınlara hansı göstəriş verilir və onların həyatda hansı təsirləri vardır?
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi