Zövcəyə kömək etməyin savabı
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həzrəti Əli (əleyhissalam)-a buyurur:
"Ya Əli! Eşit! Allahın mənə vəhy etdiyindən başqa heç bir şey demirəm. Hər kişi evdə zövcəsinə kömək etsə, Allah-taala ondan ötrü bədənindəki tüklərin hər birinin sayına bir il oruc tutub, gecələri oyaq qalıb, ibadətlə məşğul olanın savabını əta edər. Həmçinin, səbr edənlərə, Davud, Yəqub və İsa (əleyhimussalam)-a əta etdiklərini ona da əta edər.”(Cameus-Saadat. C.2.səh. 643 )
Şübhəsiz ki, bu hədisdəki bütün bu təşviqlər, mömin kişilərin öz zövcələrinə kömək etmələrinə səbəb olur, pis rəftar və zor deməkdən çəkinirlər.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər bir gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdığı hər bir addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar.”(Cameus-Saadat. C.2.səh. 643 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Ya Əli! Zövcəyə xidmət etmək, böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur və Behişt hurilərinin ona qismət olmasına səbəb olur. Nəhayət, ehsan və dərəcələrinin çoxalmasında böyük rol oynayır."(İrşadul Qulub. C.1.səh.175. )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi