![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Pislərlə pturub-durmağın təsiri
Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:
"Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."
İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:
"Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçüncü: Dövlətlilərlə oturub-durmaq.”(Biharul-Ənvar. C.74.səh.191 )
Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabındabuyurduğunu oxuyuruq:
"Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis təsir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan neməti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz nemətindən qəflətdə qalar."(Biharul-Ənvar. C.74.səh.194 )
Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
"Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, hər şeyi mal-dövlətdə görən sərvətli bir şəxs.”(Biharul-Ənvar. C.74.səh.194 )
Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq,münasib deyildir.
Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmöminin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur: "Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ gətirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların günahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs hər kimin işi sizə şübhəlidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən heç bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:
Hər kimin Allaha və qiyamət gününə imanı varsa, kafirlə qardaşlıq edib, günahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”(Biharul Ənvar. .c. 74. səh. 191 )
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









