Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Peyğəmbərin (s) qəlbi təmiz yoxsullarla oturub-durması
Qurani-Kərim buyurur: "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.(nəfsini qoru) Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi xatırlatmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə! "(Kəhf surəsi-28 )
Bu ayədən məlum olur ki, insanların dəyəri məqam və mal-dövlət deyildir. Ayənin nazil olma səbəbində nəql olunur:
Bir dəstə təkəbbürlü sərvətlilər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək, Salman Abuzər, Süheyb və Xubab kimi imanlı yoxsul şəxslərin Həzrətin yanında oturmalarına işarə edib dedilər: Ya Məhəmməd! Əgər özün məclisin baş tərəfində oturub iyləri bizə əziyyət edən və libasları panbıqdan olan bu yoxsulları yanından uzaqlaşdırsan biz də sənə qoşulub sənin məclisində iştirak edərik. Bu zaman ayə nazil olur ki, ya Peyğəmbər! Onların aldadıcı sözlərinə uyma. Ya Peyğəmbər! Təkcə o kəslərlə oturubdur ki, yalnız Allahın pak zatını tələb etsinlər. Pis əməllərinin nəticəsində qəlblərini Məni yada salmaqdan qafil etdiklərimizlə oturma!(Təfsir Nümunə .c.12.səh.414 )
Yuxarıdakı ayə, yaşayış mühitində təbəqələşmə ruhiyyəsini aradan aparır və sərvətlilərlə yoxsullar arasında rabitə yaratmaq istəyir. Ayədə buyurur: Nəfsə pərəstiş və Allahdan qəflət olmaq arasında rabitə vardır. Hər kim nəfsinə pərəstiş edirsə, Allahdan qəflətdədir. Qafillərə öz məclisinə yol vermə. Əksinə, səhər-axşam Allaha pərəstiş edənlərə öz evində yer ver!
Necə ki, Allah-taala İslam Peyğəmbərinə (səlləlləahu əleyhi və alehi və səlləm)buyurur: Məclisində təqvalı və fəzilət sahibi olanlara yer ver. Onlara böyük ehtiram göstər.İmam Səccad (əleyhissalam) da yoldaşlıq barəsindəki bu bəhsində buyurur ki, yaxşıvə saleh dostlara ehtiram göstərin. Onlarla ədəblə söhbət edin. Açıq ürəklə qarşılayıb, xudafizləşərkən ehtiramına tamamilə riayət edin.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |