Övlad dünyaya gələn andan valideynlərin boynuna bir sıra hüquqlar qoyulur. Onlardan birincisi, yaxşı ad seçməkdir. Çoxlu rəvayətlərdə bu işə təkid olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən yaxşı ad Əbdullah və Əbdülrəhimdir."(Məkarimul Əxlaq səh 220 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Övladların valideynlərin boynunda üç əsas haqqı vardır. 1. Yaxşı ad. 2.Xətt və savad öyrətmək.3. Həddi büluğa çatdıqda evləndirmək. "(Müstədrək Vəsail. C.2.səh. 618)
Bu hədisdə, savad və evlənməkdən əlavə, yaxşı ad qoymaq da sifariş olunur. Həzrət Əli (əleyhissalam) Nəhcül-bəlağədə, övladın atanın boynunda olan haqqı barəsində buyurur:
"Övladın atanın boynunda haqqı odur ki, ona yaxşı ad seçsin, yaxşı İslam ədəbini və Quran öyrətsin."(Nəhcül Bəlağə. Qısa kəlmələr. səh. 391 ) Bu hədisdə ad seçmək bildirilir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi