Övladların tərbiyəsində məhəbbətin rolu
Şübhəsiz ki, uşaq, cismi cəhətdən yeməyə ehtiyacı olduğu kimi ruhu cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə təmin olunur. Lakin, ruhun qidası, ata-ananın lazımi təlimləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad, həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət, övladın canı sayılır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara vədə versəniz, ona əməl edin. Çünki, övladların dərki budur ki, ataları onların ruzi verənidirlər."
Bu hədisdə iki ən mühüm tərbiyə mövzusuna işarə olunur: Birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşaqa verilən vədələrə vəfadar olmaq. Bununla da, övlad uşaq vaxtındanəhd pozan vəvədə xilaflığına meyl etməsin.Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri uşaqı öpmək və nəvaziş etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
"Övladlarınızı öpün! Çünki, övladlarınızı öpməyin müqabilində, Allah-taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır."
Həmin mövzuda Əli (əleyhissalam) buyurur:
"Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir, kişinin qardaşını öpməsi dindir."(Məkarimul Əxlaq səh 219 )
Məhəbbəti izhar etmək, qeyri-valideyn üçün xüsusi vaxtı vardır. Elə ki, o vaxtdan keçdi öpmək qadağandır. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:
"Qız altı yaşına çatdıqda yad kişi onu öpməməlidir. Oğlan uşaqı yeddi yaşına çatdıqda yad qadın onu öpməməlidir."
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), İmam Həsənlə İmam Hüseyn (əleyhissalam) çox sevirdi və onları nəvaziş edib öpürdü. Günlərin birində Əqrə ibni Habisi, Həzrətin hüzurunda idi. Həzrət öz övladlarını öpür. O kişi deyir. Mənim on oğlum var, onların heç birisin öpməmişəm. Həzrət buyurdu: "Əgər Allah, məhəbbəti sənin qəlbindən götürübsə, onun mənə heç bir bağlılığı yoxdur! "
Bu söhbətdə göründüyü kimi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm),o şəxsin övladlarını öpməməsini onun qəlbinin qəsavətində görür.
Məhəbbətdə ifrata yol vermək
Müqəddəs İslam dini, valideynləri övladlarına qarşı məhəbbət izah etmələrinə göstəriş vermələri ilə bərabər onları ifrat dərəcədə olan məhəbbətdən çəkindirmiş və ifrat məhəbbətin nəticələrini onların qulaqlarına çatdırmışdır. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:
"Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar."(Tarixri Yaqubi. C.2. səh. 320 )
Bu hədisdə, ifrat məhəbbətin törətdiyi bədbəxtliklərə işarə olunur. Məhəbbətdə ifrat, övladın təkəbbürünə səbəb olur və onu öz sözünü yetirməyə cəhd edən şəxsə çevirir. Əli (əleyhissalam) bu barədə buyurur:
"Ən pis ruhi halət, özünü bəyənmək və özündən razı olmaqdır."(Məkarimul Əxlaq səh 219 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi