Quran nəzərində uşaqa süd vermək dövrü tam iki ildir. Bəqərə surəsində oxuyuruq:
"Analar uşaqlarına əmizdirmə müddətini tamamlamaq istədiyi üçün tam iki il əmizdirsinlər.(Bəqərə surəsi-233 )
Əhqaf surəsində hamiləlik və süd vermə dövrünün cəmisi otuz ay zikr olunmuşdur. Əgər otuz aydan, tam iki ilini çıxsaq, hamiləlik vaxtı altı ay olar. Məgər altı ayda uşaqın dünyaya gəlməsi mümkündürmü? İslam alimləri hədis və rəvayətlərə əsasən deyirlər: Ən az hamiləlik dövrü altı aydır və ən çox süd vermə dövrü iyirmi dörd aydır.
Calinus vəİbni Sinadan nəql olunur ki: Özləri öz gözləri ilə altı aydan sonra uşaqın dünyaya gəlməsini müşahidə ediblər
Qeyd etmək lazımdır ki, Quranın bu ifadəsindən məlum olur ki, hamiləlik vaxtından nə qədər azalarsa , o qədər də süd vermə dövrü artırılır. Məcmuən, otuz aya aid olur. İbni Abbasdan nəql olunur ki, hər vaxt qadının hamiləlik dövrü doqquz ay olarsa, iyirmi bir ay süd verməlidir. Əgər hamiləlik dövrü altı ay çəkərsə, iyirmi dörd ay süd verməlidir.(Təfsir nümunə. cil 21 səh 321 )
Təbiət qanunu da bunu tələb edir. Çünki, hamiləlik dövründəki çatışmamazlıqlar süd vermək dövründə əvəzi çıxmalıdır. Həmin səbəbdən ayədə zikr olunur: "Tam süd vermə iki ildir."
Hər halda, ana bu otuz üç ay müddətində ruhi, hissi və cismi cəhətdən ən böyük fədakarlıq göstərir və övladına xidmət edir.
Maraqlıdır ki, Quran əvvəl ata-ananın hər ikisinə yaxşılıq etməyi tövsiyə edir. Lakin, zəhmət və əziyyətləri bəyan edərkən, ananın zəhmətlərini əsas tutur. Bununla da, ananın böyük zəhmət və haqqına işarə olunur. Sonra buyurur: Tövsiyə edirəm ki, Mənə və ata-anana təşəkkür edəsiniz! Mənim şükrmü, sizin Xaliq və nemət verəniniz olduğuma, ata və ananıza isə bu feyz və neməti sizə çatdırmaq vəsiləsi olduğuna görədir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi