Bu dövrdə uşaqın rüşeymi nə qədər çox inkişaf edərsə, ananın canından bir o qədər şirə çəkir. Hətta, bu halət ananın sümüklərinə və əsəblərinə təsir edir. Bəzən, ondan yuxunu və istirahəti alır. Hamiləliyin son vaxtında ana yol yeriməyə hətta, oturub durmağa da əziyyət çəkir. Lakin, səbr, hövsələ və dünyaya gələcək övladın eşqi ilə təbəssüm edir və bütün narahatlıqlara dözür.
Hamiləlik dövründən sonra uşaq doğmaq haləti ananın həyatında ən çətin halətdir. Hətta, bəzən övladı yolunda öz canını da əldən verir. Bu dövrdə ana, ən böyük əmanət və müsafiri öz məqsədinə çatdırmalıdır. Ona görə də bu dövrdə ana, əmanətdən ötrü lazım olan bütün ehtiyatlarını görməlidir. Hərəkətlərində, dayanmaq, yol getmək, yemək və sağlamlığının bütün cəhətlərini gözləməlidir. Bütün bunlar, bu dövrdə ananın vəzifələrindənhesab olunur.
Ananın həml etdiyi müsafirin səfərinin müddəti iki ay yox,beş ay yox, bəlkə də doqquz aydır. Necə ki, müsafir öz məqsədinə yetişməkdən ötrü uzun məsafəni keçməlidir, ananın müsafiri də yol arasında müxtəlif xətlərlə üzbəüz ola bilər. Uşaq doğularkən ana rahatlaşır ki, müsafiri öz yerinə çatdırdım.
Ana bətnində dörd ay və on gündən sonra uşaqın rüşeyminə ruh daxil olur. Bu vaxt anaya çətin olur. Qarın və böyrəklərini ağrı tutur. Amma, bir neçə dəqiqə sonra şükür edib deyir: "Əlhəmdulillah uşaqım diridir!" Allah, Öz tərəfindən ona ruh verib.
Bu çətin dövrandan sonra ananın başqa çətin dövranı başlayır. Quran bu dövrandan "dalbadal çətinlik" ünvanı ilə ad aparıb. Süd vermək və gecə-gündüz uşaqdan muğayat olmaq dövranı. Elə dövran ki, uşaqın bütün ehtiyaclarına cavab verməlisən. Bu dövrdə uşaqın dili yoxdur ki, ağrıyan yerini təyin etsin. Dili təkcə ağlamaqdır. Ana bu ağlamaqdan hər şeyi anlamalıdır. Hər şeydən müşkül uşaqın bu dövrdə təmizlənməsi, ən çətin işdir. Müxtəlif xəstəliklərə şərait yarana bilməsinin qarşısını almaqdan ötürü ana bütün qüvvəsini bu dövrdə səfərbər etməlidir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi