Alimlərin üstünlüyü
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
أنَّ فَضلَ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ الشَّمسِ عَلی الکَواکِب
«Alimin abidə olan fəzilət və üstünlüyü günəşin sair ulduzlara olan üstünlüyü kimidir.»
فَضْلُ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سَائِرَِ النُجُومِ لَيلَةَ البَدرِ
«Alimin abidə olan üstünlüyü on dörd gecəlik ay gecəsində ayın sair ulduzlara olan fəzilət və üstünlüyü kimidir.»
İncə nöqtələr:
1. Ay və Günəş öz işığında, böyüklüyündə və varlıq aləminə qoyduğu tə’sirlərində çoxlu fərqlərə malik olduğu və başqa ulduzlara nisbətən fərqləndiyi kimi alimlər də insanların vücuduna tə’sir qoymaq baxımından xüsusi məqama malikdirlər.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
فَضلُ العَالِمِ عَلی الشَّهيدِ دَرَجَةٌ وَ فَضلُ الشَّهيدِ عَلَی العَابِدِ درجةٌ وَ فَضلُ العاَلِمِ عَلَی سَائِرِ النَّاسِ کَفَضلِی عَلَی أدنَاهُم
«Alimin şəhiddən bir dərəcə üstünlüyü vardır, şəhidin də abiddən bir dərəcə üstünlüyü vardır. Alimin bütün insanlara olan fəziləti mənim (yə’ni Peyğəmbərin) başqalarına olan üstünlüyüm kimidir.»
İbrətli nöqtələr:
1. Alimlər şəhidlərdən üstündür, çünki onların elm və hidayətləri cəmiyyətdə şəhidlər tərbiyə edir.
2. Camaatın ən yüksək fərdi ilə ən aşağı fərdi arasında, yə’ni həzrət Peyğəmbər ilə adi camaat arasında çoxlu ilahi və mə’nəvi fərqlər vardır.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.